Art
ƏSA Teatrı fəaliyyətini dayandıra bilər
Azərbaycanın ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı fəaliyyətini dayandıra bilər.
Publika.az xəbər verir ki, bu barədə teatrın baş meneceri Nicat Qulam məlumat verib. O bildirib ki, ötən il dekabrın 3-də Akademik Musiqili Teatrın səhnəsində təqdim etdikləri “Göy quş” tamaşasının nümayişindən ötən bu müddət ərzində dəfələrlə cəhd etsələr də, tamaşalarını nümayiş etdirə bilməyiblər:
“ƏSA Teatrı müxtəlif dövlət və özəl qurumların dəstəyi ilə layihələr icra edib – tamaşalar hazırlayıb. Bir neçə aylıq çəkən layihələrin icrası yekunlaşdıqdan sonra teatrda yenidən maliyyə problemləri yaranıb. Teatrın saxlanılması üçün məkan icarəsi, məşqlərin keçirilməsi üçün səhnənin olmaması, əlilliyi olan aktyorların məşqlərə gəlib-getmələri üçün nəqliyyat problemi və sair bu kimi ciddi həllini gözləyən vacib sosial problemlər fəaliyyətimizə öz mənfi təsirini göstərir. Digər tərəfdən, tamaşaların nümayişi üçün teatr binasının tapılmaması da zəruri problemlərdəndir. Müxtəlif dövlət və özəl qurumlara dəstək üçün müraciət etsək də hələ ki, effektiv nəticəsi olmayıb. Buna görə də ƏSA Teatrı öz fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısında qalıb”.
Nicat Qulam bildirib ki, aprelin 11-də ƏSA Teatrı Con Steynbekin “Adamlar və siçanlar 3 – Fermadan qaçış” tamaşasını nümayiş etdirməyi planlaşdırır. Baş menecerin sözlərinə görə, bunun üçün teatr binası axtarılır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


.jpg)






















.jpg)
.jpg)
