Art
Prezident Firəngiz Əlizadəni MÜKAFATLANDIRDI - FOTO
1967-ci ildə yaradılmış “Aga Khan Foundation” fondu bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat (“Aga Khan MusicAward”) təsis edib. Bəstəkarlıq sahəsində mükafatın (creation) ilk laureatı azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNECSO-nun “Artist for Peace” adına layiq görülmüş Firəngiz Əlizadə olub.
Publika.az Azərbaycan Bəstəkarlar İttifaqına istinadən xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda 2019-cu ilin laureatlarının təltif edilməsinə həsr olunmuş təntənəli tədbir keçirilib. Bayram konsertindən sonra bəstəkarlıq sahəsində yeganə mükafatı Firəngiz Əlizadəyə Portuqaliya Prezidenti Marselu Rebelu da Soza, Əlahəzrət Ağa Xan və Şahzadə Əmin təqdim edib.
“Аga Khan Foundation” Fondunun press-relizində bəstəkar və pianoçu Firəngiz Əlizadənin müasir akademik musiqi sahəsində görkəmli nailiyyətləri qeyd edilir, vurğulanır ki, onun yaradıcılığında Şərq incəsənətinin mənəvi zənginliyi və yüksək intellektualizmi cəlbedici qüvvə ilə əks olunub. Sevindirici haldır ki, Firəngiz Əlizadənin yaradıcılığı dünya musiqi prosesinə geniş inteqrasiya olunub, dünyanın konsert səhnələrində Hilary Hahn, Yo-Yo Ma, “Kronos Quartet”, “Berliner Philharmoniker”, “Royal Concertgebouw Orkestra”, “New Juilliard Ensemble” kimi aparıcı solistlər və kollektivlər tərəfindən tez-tez ifa olunur.
Laureatların təltif edilməsi mərasimi və konsert Portuqaliya mətbuatında və telekanallarda, “The Daily Star” qəzetində və kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur











.png)
























.jpg)
.jpg)

