Art
Nərgiz Cabbarlının 20 kitabının təqdimatı keçirildi
Bu gün Azərbaycan Yazıçılar Birliyində ədəbi tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının müəllifi olduğu və tərcümə etdiyi 20 kitabın təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, mərasimdə millət vəkili Nizami Cəfərov, yazıçı-şairlər Qulu Ağsəs, İlqar Fəhmi, Şəmil Sadiq, Varis Yolçuyev, Rəşad Məcid, tənqidçi Vaqif Yusifli və başqaları iştirak ediblər.
Təqdimatda çıxış edən Nizami Cəfərov N.Cabbarlının ədəbi fəaliyyəti barədə danışıb: “Nərgiz Cabbarlı artıq sözü eşidilən ədəbiyyatçımızdır. O, əlinə qələm alandan sanballı əsərlər yazıb. Onun bir cümləsindən bilmək olur ki, bunu Nərgiz Cabbarlı yazıb. N.Cabbarlı ilk növbədə ədəbiyyat tənqidçisidir. Bununla yanaşı, tərcümələrinin dili çox yaxşıdır. Adətən ədəbiyyatşünasların bədii əsərlərinin tərcüməsində bəzi problemlər olur, amma Nərgiz xanım yazıçının üslubunu mənimsəyə bilir. Bundan əlavə, onun uşaqlar üçün hazırladığı kitablar da çox əhəmiyyətlidir”.

Vaqif Bəhmənli isə bildirib ki, N.Cabbarlının üzərində çalışdığı 20 kitabın hər biri dəyərlidir: “Bu kitablar Azərbaycan ədəbiyyatı üçün çox faydalı nümunələrdir. Nərgiz xanım başqa tənqidçilərdən fərqli olaraq yazıçıya xeyli yaxındır. Həmişə onun yazılarında müəlliflə birgə özünü də duyuram. Nərgiz xanım ədəbiyyatımızı ev kimi göstərmək istəyən biridir. Yazılarında o səliqə-sahmanı həmişə qoruyur”.
N.Cabbarlı çıxışında bu təqdimatın hesabat xarakteri daşıdığını bildirib: “Bu gün təqdim olunan 20 kitabdan 9-u müəllifi olduğum, 11-i isə tərcümə etdiyim kitabdır. Əvvəllər yaradıcılıqla məşğul olsam da, ilk kitabım 2006-cı ildə dərc olunub. Belə bir qərara gəldim ki, kitabların hamısının birgə təqdimatını keçirim. Bu, bir az da hesabat xarakteri daşıyır. İndiyə qədər nə yazmışam, nə işlər görmüşəmsə, bununla bağlı ədəbi ictimaiyyətə hesabat vermək istədim. Tərcümə etdiyim və müəllifi olduğum kitablarla yanaşı, redaktoru olduğum və tərtib etdiyim uşaq kitabları da burada sərgilənir. Bununla insanların diqqətini bu istiqamətə də yönəltmək istəyirəm. Çünki bizdə uşaq əsərlərinə, uşaqlarla bağlı nəşrlərə böyük ehtiyac var”.
Tədbirdə digər iştirakçılar da çıxış edərək, Nərgiz Cabbarlının yaradıcılığı haqqında fikirlər səsləndiriblər.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





