Art
“Avroviziya-2019” başladı - VİDEO
İsrailin paytaxtı Təl-Əviv şəhərində keçiriləcək “Avroviziya-2019” narıncı xalça mərasimi ilə özünün rəsmi olaraq açılışını edib.
Publika.az xəbər verir ki, müsabiqə iştirakçıları Tel-Əvivin Habim Meydanında narıncı xalça üzərinə çıxıblar.
Mərasimdə 41 müsabiqə ölkəsi və beynəlxalq nümayəndə heyətinin üzvləri narıncı xalça üzərindən keçərək mətbuat nümayəndələrinin suallarını cavablandırıblar. Ölkə təmsilçimiz Çingiz Mustafayev narıncı xalça üzərinə 37-ci olaraq çıxıb.
"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Tel-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.
Qeyd edilir ki, "Eurovision kəndi" Tel-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar qeyd edirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.
"Eurovision 2019" beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Tel-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.
Bu il müsabiqə ərəb-İsrail münaqişəsinin kəskinləşməsi fonunda keçirilir. Bununla əlaqədar olaraq "Avroviziya" çərçivəsində bir sıra tədbirlər ləğv edilib.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)

















.jpg)







.jpg)


