Art
Al Paçinodan HİKMƏTLİ FİKİRLƏR: "Öz dəliliyinə inadla davam edən bir gün mütləq müdrik olacaq"
Alfredo Ceymes Paçino - amerikalı teatr və kino aktyoru, rejissor və ssenaristdir. O, daha çox qanqster rolları ilə məşhurdur - Frensis Fordun “Xaş atası” trilogiyasında Maykl Korleone, Brayan de Plamnın “Çapıqlı üz” filmində Tonni Mantana və s. Frank Slaydın "Qadın Ətri" filmindəki rolu isə ən yaxşı aktyorluq nominasiyasında aktyora Oskar qazandırıb.
Publika.az dünya şöhrətli aktyorun aforizmə çevrilmiş fikirlərini təqdim edir:
"Özünüz haqqında danışmağa tələsməyin. Siz otaqdan çıxan kimi haqqınızda danışmağa başlayacaqlar".
"Başqaları nəyimə lazımdır? Mən giriş-çıxışı olan vaqon olmaq istəmirəm. Finala çatmaq üçün bir sərnişinə ehtiyac var".
"Mənə gözəl qadın lazım deyil, pulla ona istənilən zahiri görkəmi hədiyyə edə bilərəm. Mənə varlısı da lazım deyil, hər şeyim var. Zərif də lazım deyil. Puluma görə demək olar ki, bütün qadınlar özünü belə aparır, olmayanları da qazana bilirəm. Mənə bacarıqlı həyat yoldaşı lazım deyil. Sədaqət və yüksək nüfuzu dünyanın heç bir puluna ala bilmərəm".
"Heç vaxt heç kimə heç nəyi izah etməyin, onsuz da hər kəs özünə sərf etdiyi kimi anlayacaq".
"Uşaqlıqda velosiped üçün tanrıya dua edirdim, sonra anladım Allah başqa cür işləyir. Bir velosiped oğurladım və tanrıya bağışlanmaq üçün dua etməyə başladım".
"İlk qayda – təslim olmayın. İkinci qayda – birinci qaydanı yadda saxlamaq".
"Gözləri aldatmaq asandır, ancaq ürəyi aldatmaq çətin".
"Anam müvəffəqiyyət qazanmazdan əvvəl öldü. Yadımdadır, 10 yaşım var idi. Mənzilimiz yuxarı mərtəbədə idi. Vəhşi soyuq var idi. Aşağıda dostlarım küçədə veyllənmək üçün mənə həyətə səsləyirdi. Anam buraxmırdı, dəhşətli dərəcədə qəzəbləndim və ona durmadan bağırmağa başladım. Bununla belə o, həyatımı xilas etdi. Məni həyətə səsləyən o uşaqlar artıq həyatda deyil. O, istəmirdi ki, mən gecəyəyarıya qədər küçələrdə avaralanım, dərslərimi oxumalı idim. Onun sayəsində indi burada oturub sizinlə danışıram. Hər şey sadədir, elə deyilmi? Ancaq biz çox unutqanıq..."
"Uğurun açarı arzu və istəkdə gizlidir. Və o məndə daim yanır".
"Məni tez-tez zəhlətökən, lovğa və mizantrop adlandırırlar. Hamıya xəbərdarlıq edirəm: əslində daha pisəm".
"Alkoqol və zərərli maddələrdən asılı olduğum bir dövr var idi. Yeri gəlmişkən, bütün bunlara uzun müddətdə bağlı qaldım".
"Kitablar və pyeslər mənə özümdən və ətraf aləmdən baş çıxarmağa kömək etdi, bir dəyişiklik baş verdi və mən ciddiləşdim".
"Qürur və təkəbbürlük şeytanın qullarıdır. Əgər onları idarə edə bilmirsinizsə, onlar sizi idarə edəcək".
"“Frenki və Conni” filmində aşbaz rolunu oynasam da, məndən yemək bişirməyi tələb etməyin. Bişirməyə başlasam, hər şey qətllə bitəcək. Ciddi sözümdür. Rolu oynaya bilərəm. Yemək hazırlamağı əsla".
"Şekspirin heç birimizə ehtiyacı yoxdur, o hamımızdan uzaqda olacaq - inanın. Bunu sizə zəmanət verirəm".
"Səhnədə oynamaqla kinoda oynamaq arasındakı fərq bilirsiniz, nədir? Teatrda oynamaq kanat üzərində gəzmək deməkdir. Teatr səhnəsində ip getdikcə yüksəyə uzanır. Titrəsən, həqiqətən də tappıltı ilə yerə düşəcəksən, filmdə isə ip yerdə uzanır".
"Vaxt var idi, köşklərə "Şou biznes" adlı qəzet paylayırdım. Mənə nə qədər maaş verdikləri heç vaxt yadımdan çıxmaz: 12 dollar. Onluq və iki kağız dollar. Mən də on iki dənə 1 dollarlıq olsun deyə onluğu dərhal xırdalayırdım. Barda hesab ödəyirsən, barmaqlarını tüpürcəkləyib dəstələnmiş dollarları sayırsan və hami elə fikirləşir ki, səndə pul tonladı".
"Belə bir atalar sözü var. Öz dəliliyinə inadla davam edən bir gün mütləq müdrik olacaq".
"Ağıllı oğlan obrazı mənə ciddi situasiyalarda kömək edib. Günlərin biri günü maşın dayanacağında necəsə bir maşının güzgüsünü sındırdım. Gənc yüksək səslə “Başın xarab olub, nə hoqqa çıxardırsan?” deyə qışqırdı. Daha sonra mənə nəzər salıb “Narahat olmayın, hər şey qaydasındadır” dedi".
"Teatr həyata daha çox oxşayır: öz sərmayənizi səhnəyə qoyur və 2-3 saat ərzində göstərirsiniz. Və bu, bir də heç vaxt təkrar olunmayacaq. Bunu yerdən yüz fut yüksəklikdə olan kanat üzərində və heç bir sığortası olmadan iki saat gəzməklə müqayisə edərdim".
"Mən utancaq idim. Yalnız diqqət mərkəzinə düşdükdən sonra bunun öhdəsindən gəlməyi öyrəndim".
Aytən Məftun
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO