Art
Şəhriyar Del Geraninin “Kitab otağı” layihəsinin təqdimatı keçiriləcək
Sabah Beynəlxalq Mətbuat Mərkəzində şair Şəhriyar Del Geraninin “Kitab otağı” layihəsinin təqdimat mərasimi baş tutacaq.
Publika.az xəbər verir ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşkilati dəstəyi ilə gerçəkləşdiriləcək layihənin əsas məqsədi insanlarda kitaba, ədəbiyyata marağın artırılması, bu sahədə geniş təbliğat kampaniyasının aparılmasıdır. Layihənin təşəbbüskarları vaxtilə az qala hər evdə olan “kitab guşəsi” ənənəsini bərpa etmək, ədəbiyyatın xalqa çatdırılması, bədii zövqün formalaşdırılması, yüksək dəyərlərin təbliği istiqamətində mühüm işlər görmək niyyətindədirlər.
Layihə kitab mağazalarından perik düşmüş oxucunu artıq unudulmuş ünvanlara səsləməyəcək, “Kitab otağı” özü oxucunun yanına gedərək kitabı təbliğ edib, sevdirəcək. Beləliklə, əvvəllər mövcud olmuş “kitab guşələri” müasir və geniş “kitab otaqlarına” çevriləcək.
Layihəyə Şəhriyar Del Geraninin yeni şeirlər kitabı olan “Gecəniz şeirə” ilə start veriləcək. Daha sonra layihə çərçivəsində Azərbaycan və dünya ədəbiyyatının həm klassik, həm də çağdaş nümunələrini xalqa tanıdıb, sevdirmək üçün rayon mərkəzlərindən tutmuş ən ucqar kəndlərə qədər ölkənin bütün bölgələrinə səfərlər təşkil ediləcək, görüşlər keçiriləcək.
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam






.jpg)



.jpg)






















.jpg)

