Art
ƏSA teatrı mövsümü ANŞLAQLA başa vurdu - FOTO
ƏSA Teatrı mövsümü anşlaqla başa vurub.
Publika.az xəbər verir ki, Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA Teatrı iyulun 6-da cari teatr mövsümünün paytaxt Bakıdakı son tamaşasını nümayiş etdirib. Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan “Adamlar və siçanlar” tamaşası anşlaqla qarşılanıb.
Tamaşanın nümayişindən əvvəl ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə inklüziv teatrının fəaliyyətini davam etdirmə çətinliklərindən və görülən işlərdən danışaraq bildirib ki, ƏSA Teatrını yaşadan tamaşaçıların sevgisi və rəğbətidir. Quruluşçu rejissorun tamaşaya əlavə etdiyi yeni interpretasiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. İnteraktiv şəkildə hazırlanan tamaşanın klassik üslubdakı versiyasından fərqi tamaşaçıların diqqətini daha çox çəkib.
Qeyd edək ki, ƏSA Teatrının repertuarında olan “Adamlar və siçanlar” tamaşası teatr tarixində ilk dəfə film effektlərinin uğurla istifadə olunduğu tamaşa kimi yadda qalıb. Nümayişdən dərhal sonra tamaşaçılara gənc yazar Elman Süleymanovun “Üçüncü dünya müharibəsi” kitabı hədiyyə olunub.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş meneceri Nicat Qulam, multi-media meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailovdur. Rolları Elşən Əskərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz Qasımov, Cəmilə Məmmədli, Riad Sultanov, Fərid Əliyev, İmran Lələyev, Günay Məmmədova, Bəhram Rəhimli və Orxan Əliyev canlandırıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


.jpg)






















.jpg)
.jpg)
