Art
“Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli film hazırlandı - FOTO
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi hazırlanıb.
Fonddan Publika.az-a bildiriblər ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın milli-mənəvi dəyərlərinə yüksək həssaslıqla yanaşaraq verdiyi önəmdən, bu sahədə göstərdiyi misilsiz xidmətlərdən bəhs edən sənədli filmdə keçmiş sovet dövründə və müstəqillik illərində milli və dini dəyərlərimizin, eləcə də adət-ənənələrimizin qorunması, xalq arasında təbliği və təşviqi istiqamətində görülən işlər xronoloji ardıcıllıqla təqdim olunur.
Filmdə, eyni zamanda, xüsusilə vurğulanıb ki, Heydər Əliyev milli kimliyimizin, soykökümüzün, tariximizin qorunması, milli-mənəvi dəyərlərimizin yaşadılması uğrunda yorulmadan mübarizə aparıb. Məhz onun gərgin və əzmli səyləri nəticəsində Gəncə şəhərindəki “İmamzadə türbəsi” tarixi-memarlıq kompleksi və digər tarixi-dini abidələrimiz məhv olmaqdan qurtulub, bir çox görkəmli mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar sovet rejimin təqiblərindən xilas edilib.
Sənədli filmdə ölkəmizdə 1969-cu il 14 iyula qədər olan dövrdə ictimai-siyasi vəziyyət, milli-mənəvi dəyərlərimizin məhv edilməsi istiqamətində edilən hücumlar təsvir olunur və Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra baş vermiş dəyişikliklərdən danışılır.
“Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli filmdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadə, Xalq şairi Nəriman Həsənzadə, Xalq artistləri Əlibaba Məmmədov və Mənsum İbrahimov Ulu Öndər haqqında indiyədək səslənməyən xatirələrini bölüşüblər. Bundan əlavə, sənədli filmdə müxtəlif dövrləri özündə əks etdirən videoxronikalardan və arxiv materiallarından istifadə olunub.
Qeyd edək ki, “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi tezliklə geniş ictimaiyyətin diqqətinə təqdim olunacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


.jpg)






















.jpg)
.jpg)
