Art
"ƏSA" Teatrı Lənkərana qastol səfəri edəcək
Əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkənin ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı böyük tamaşaçı rəğbəti qazanan “Adamlar və siçanlar” tamaşasının nümayişini Lənkəran Dövlət Dram Teatrında həyata keçirəcək.
Publika.az xəbər verir ki, amerikalı yazıçı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və insanlar haqqında” povesti əsasında hazırlanan tamaşanın nümayişi 21 iyul saat 18:00-da baş tutacaq.
İlk dəfə 19 dekabr 2017-cı ildə paytaxtda nümayiş olunan tamaşa çox sayda teatr tamaşaçılarının, dövlət rəsmilərinin, diplomatik korpus nümayəndələrinin, tanınmış sənət adamlarınin sevgisini qazanmışdır. Tamaşa paytaxtda dəfələrlə anşlaqla nümayiş olunmuşdur. Ötən il ƏSA Teatrı “Adamlar və siçanlar” tamaşası ilə Naxçıvan Muxtar Respublikasına ilk qastrol səfərini edib.
Səhnə əsəri insanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətlər aşılayır.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş produseri və səhnə tərtibatçısı Nicat Qulam, rejissoru Elşən Əsgərov, multimedia meneceri Elxan Xanəlizadə, işıq rəssamı Binyamin Sailov, qrim üzrə rəssamı Könül Şahbazovadır.
Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lalayev, Elsevər Rəhimov, Günay Məmmədova, Fərid Əliyev, Cəmilə Məmmədli, Bəhram Rəhimli və Orxan Əliyev canlandıracaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


.jpg)






















.jpg)
.jpg)
