Art
FHN Akademiyasında Anarla görüş keçirildi - FOTO
Oktyabrın 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib. Görüşdə akademiyanın əməkdaşları, professor-müəllim heyəti və kursantları iştirak edib.
FHN-dən Publika.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan akademiyanın rəisi general-mayor Baba Salayev Xalq yazıçısı Anarı salamlayaraq dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib. O, görkəmli yazıçının həyat və yaradıcılığı barədə məlumat verərək deyib ki, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində doğulub boya-başa çatmış Anar Azərbaycan ədəbiyyatının inkişafında öz dəstxəti olan görkəmli yazıçı və dəyərli ziyalıdır.
Qeyd edilib ki, Anarın təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində 100-dən artıq nəsr, dram, publisistika, esse, şeir və bədii-bioqrafik kitabları nəşr olunub. Onun yaradıcılığına çoxlu məqalələr, dissertasiya və monoqrafiyalar həsr edilib. O, 2012-ci ildə Türk dünyasında ilin ədəbiyyat adamı, 2014-cü ildə türkdilli ölkələrin Yazıçılar Birliyinin ilk sədri seçilib və həmin ildə MDB ölkələri Parlament Assambleyası tərəfindən Çingiz Aytmatov mükafatına layiq görülüb.
Görüşdə çıxış edən Xalq yazıçısı Anar akademiyanın rəhbərliyinə, tədbirin təşkilatçılarına təşəkkür edərək, səslənən xoş fikirlərə görə minnətdarlığını bildirib. O, müasir Azərbaycan və dünya ədəbiyyatının problemlərindən bəhs edərək maraqlı mövzulara toxunub. Xalq yazıçısı kursantlara bədii ədəbiyyat oxumağı tövsiyə edib.
Maraqlı müzakirələrlə yadda qalan görüşdə Anar yaradıcılıq planları və hazırda üzərində işlədiyi əsərlər barədə məlumat verib. Xalq yazıçısı görüş iştirakçılarına avtoqraf verərək onlarla xatirə şəkili çəkdirib, sualları cavablandırıb.
Sonda akademiyanın rəisi Baba Salayev ali təhsil müəssisəsinin şəxsi heyəti adından Anara böyük yaradıcılıq uğurları arzulayıb və xatirə hədiyyəsi təqdim edib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp












.png)
















.jpg)
.jpg)





