Art
Rusiyalı politoloq: "Bir neçə dəfə ermənilər tərəfindən təzyiqlərə məruz qalmışam"
Bu gün tanınmış özbək tarixçisi, publisisti və ictimai xadimi Şuhrat Salamovun (Şuhrat Barlas) Azərbaycanda çap edilən "Daşnaklar Fərqanədən Qarabağa qədər" adlı kitabının təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə əvvəlcə kitabın mövzusu əsasında çəkilən eyniadlı sənədli film nümayiş etdirilib.
Daha sonra tədbiri giriş sözü ilə açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun qurucusu və prezidenti Umud Mirzəyev bildirib ki, kitab Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin təşəbbüsü və 1937-ci ildə ailəsi Naxçıvandan Qazaxıstan və Özbəkistana sürgün edilmiş Mehdi Məmmədovun maliyyə dəstəyilə ərsəyə gəlib. U.Mirzəyev kitabda 300-ə yaxın mənbədən istifadə edildiyini qeyd edərək, bunda Özbəkistandakı azərbaycanlı ziyalıların da rolu olduğunu bildirib.
Mirzəyev həmçinin onu da qeyd edib ki, təqdim edilən sənədli film kitab haqqında daha geniş təsəvvür yaradıb.
"Kaspi" Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva Şuhrat Salamova təşəkkür edərək, bu kitabın bütün Azərbaycan universitetlərinə paylanılmasını təklif edib: "Düşünürəm ki, bu kitabı tirajlayıb, bütün universitetlərə verək. Ermənilərin türklərə qarşı törətdikləri bu hadisələri, faciələri bizim yetişən gəncliyimiz öyrənməlidir. Bu faciələr təkrarlanmasın deyə bu tarixi dərindən öyrənməliyik. Fərqanədə başlayan və Özbəkistanın müxtəlif yerlərində ermənilərin törətdiyi faciələr hamısı bizim faciədir. Burada təqdim edilən sənədli filmdə də hadisələr bir daha vizual olaraq canlandırılıb".
Rusiyalı tarixçi-qafqazşünas, politoloq Oleq Kuznetsov kitabın erməni əməllərinin sübutu üçün önəmli vəsait olduğunu qeyd edib: "Mən də özbək tarixçi Şuhrat Barlas kimi bir neçə dəfə ermənilər tərəfindən təzyiqlərə məruz qalmışam. Amma ondan fərqli olaraq, həbs olunmamışam. Aydın məsələdir ki, ermənilər saxtakar adamların əli ilə özlərinin Orta Asiyada müsəlmanlara qarşı törətdikləri cinayətləri ört-basdır etmək istəyirlər. Bu baxımdan özbək alim Şuhrat Barlasın bu işi çox önəmlidir".
Sonda kitabın müəllifi Şuhrat Salamov tədbir iştirakçılarına təşəkkür edib: "Uzun müddət arzulayırdım ki, bu barədə kitab çap etdirim. Kitabın ərsəyə gəlməsində dəstək olan hər kəsə təşəkkür edirəm".
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





