Art
"Bu şəhərdə" Xarkovdakı soydaşlarımıza sevinc dolu anlar yaşatdı - FOTO
Xarkovda Azərbaycanın "Bu şəhərdə" komediya teatrının "Hamı 19 ilə" konsert proqramı nümayiş olunub.
Publika.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilən ikigünlük tədbir Y.Mudrov adına Xarkov Milli Universitetinin Tələbə Sarayında baş tutub. Prodüser Müşfiq Abbasovun müəllifi olduğu konsert proqramında “Bu şəhərdə”nin aktyorları, Əməkdar artistlər Coşqun Rəhimov və Rəfael İsgəndərov iştirak ediblər. Onların təqdim etdikləri yumoristik səhnəciklər tamaşaçıların alqışları ilə qarşılanıb. Konsertdə Əməkdar artist Rəşad İsmayılov aparıcılıq edib.
Tədbir zamanı Dövlət Komitəsi rəhbərliyinin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbriki də soydaşlarımıza çatdırılıb. Bildirilib ki, Dövlət Komitəsi bütün dünyada, o cümlədən Ukraynada yaşayan azərbaycanlıların təşkilatlanması, bir araya gəlməsi, onların arasında həmrəyliyin daha da möhkəmlənməsi, yaşadıqları ölkənin ictimai-siyasi həyatına inteqrasiyanın təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir.
Gələn il martın 27-də "Bu şəhərdə"nin Xarkovda daha bir konsert proqramının təqdim olunması nəzərdə tutulur. Qeyd edək ki, indiyədək teatr Rusiya, Böyük Britaniya və Gürcüstanda qastrol səfərlərində olub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)





.jpg)


















.jpg)
.jpg)

