Art
Sami Yusufdan möhtəşəm "Azərbaycan" mahnısı: Mehriban Əliyeva ayaqüstə ALQIŞLADI (VİDEO)
Məlum olduğu kimi, 2019-cu il iyunun 30-da Bakıda – Heydər Əliyev Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hazırlanmış “İrsin sonsuz ruhu” (“Timeless spirit of heritage”) adlı mədəni proqram təqdim olunmuşdu.
Azərbaycan mədəniyyətinə və bu coğrafiyada sivilizasiyaların inkişafına, qədim abidələrin və irs məkanlarının şahid olduğu tarixə işıq salan möhtəşəm layihənin musiqi proqramının müəllifi Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusuf olub. Onun ölkəmizin musiqiçiləri ilə birlikdə ifa etdiyi kompozisiyalar böyük rəğbətlə qarşılanmışdı.
Bir müddət sonra isə Sami Yusufun həmin proqramdan bir parçanı – böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında hazırladığı kompozisiyanı özünün “YouTube” kanalında yerləşdirməsi internet məkanında əsl hadisəyə çevrilmiş, “Məndə sığar iki cahan...” adlı musiqili kompozisiya qısa müddətdə yüz minlərlə izləyici toplamışdı.
Qeyd edək ki, sözügedən mədəni proqram doqquz elementdən ibarət idi və “Qobustan”, “Atəşgah”, “Nəsimi poeziyası”, “Rəqs edən ürəklər”, “Xalçalar”, “Şirvanşahlar sarayı”, “Novruz bayramı”, “Şəki Xan sarayı” və “Azərbaycanın gələcəyə baxışı” mövzularına həsr olunmuşdu.
Müğənni Sami Yusufun konsertin “Nəsimi poeziyası” bölməsi ilə yanaşı, digər bir neçə hissəni də “YouTube” kanalında paylaşması böyük izləyici marağı doğurmuşdur. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tarixi vətənlərini – Azərbaycanı tərənnüm edən bu musiqi kompozisiyalarını dərin rəğbət hissi ilə qarşılayaraq ürək sözlərini çoxsaylı internet şəbəkələrində paylaşmaqda davam edirlər.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində isə Sami Yusuf həmin konsertdən daha bir möhtəşəm parçanı – “Azərbaycan” kompozisiyasını “YouTube” kanalında yayaraq bütün soydaşlarımıza yüksək sənət zövqlü bayram hədiyyəsi bəxş etmişdir.
Dünya azərbaycanlılarının həmrəyliyinə töhfə, ölkəmizin keçmişi, bu günü və gələcəyə baxışının tərənnümü olan bu kompozisiyanı Sami Yusuflə bərabər xanəndə Təyyar Bayramov, Kənan Bayramlı, müğənni Sevda Ələkbərzadə, aşıq Samirə, instrumental ifaçılarımız (sol tarda Sahib Paşazadə) və xor ifa edir.
Böyük Britaniyada yaşayan Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusuf BMT-nin sülh elçisidir. Albomları ilə dünya şöhrəti qazanan musiqiçi “Time” jurnalı tərəfindən “İslam dünyasının ən böyük musiqi ulduzu” elan olunub.
Aytən
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı







.jpg)






.jpg)


















.jpg)

