Art
“Bizi birləşdirən mədəniyyət” layihəsinin musiqi axşamları
Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalı tərəfindən birgə həyata keçirilən “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzindən xalq mahnıları və muğamlarımız, instrumental milli rəqs havalarının ifaları canlı olaraq tamaşaçılara təqdim edilir.
Publika.az xəbər verir ki, aprelin 1-də saat 19.00-da ilk musiqili yayım efirə verildi. Aparıcı evlərində televiziya ekranları qarşısında əyləşən hər kəsi salamlayaraq dedi ki, sənətsevərlər Beynəlxalq Muğam Mərkəzinin zalından müxtəlif musiqi axşamlarını, konsert proqramlarını izləyiblər. İndi isə hamımızın sağlamlığı diqqətə alınaraq tətbiq edilən karantin rejimimdə sizlər evlərinizdəsiniz. Amma mədəniyyətimiz, musiqimiz yenə sizinlədir. Diqqətə çatdırıldı ki, aprelin 1-dən etibarən həftənin 6 günü saat 19-da Mədəniyyət Nazirliyi ilə birgə "Bizi birləşdirən mədəniyyət" proqramı efirə gedəcək.
Verilişin ilk qonağı tanınmış xanəndə, Xalq artisti Mənsum İbrahimov və onun rəhbərlik etdiyi "Qarabağ" muğami qrupunun üzvləri – əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və nağara ifaçısı Siyavuş Kərimov oldu.
Xalq artisti ilk efirə dəvətə görə təşəkkürünü bildirdi. Vurğuladı ki, sosial izolyasiya müddətində tamaşaçıların evdən çıxmadan musiqi dinləməsi və mədəniyyətin müxtəlif sahələrindən xəbərdar olmaları üçün bu günlər Mədəniyyət Nazirliyi bir sıra layihələr həyata keçirir. Müasir informasiya texnologiyalarının köməyi ilə reallaşan bu layihələr təqdirəlayiqdir: “Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu günlərdə xalqa müraciət etdilər. Biz bu müraciətlərə dəstək olaraq gələcəyimiz naminə birliyimizi nümayiş etdirməliyik. Xalqımızın sağlığı naminə dövlət tərəfindən tətbiq olunan sosial izolyasiya və karantin rejiminə riayət etməklə, həmrəy olaraq biz bu sınaqdan qalib çıxacağıq”.
Verilişin qonaqları Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsini alqışlayaraq bir daha xalqımızı bu günlərdə evdə qalmağa, karantin rejiminə əməl etməyə səslədilər. Mədəniyyət naziri Əbülfəs Qarayevin incəsənət xadimlərini mədəni irsimizin təbliği naminə fəal olmağa çağırdığını xatırladan Mənsum İbrahimov sənətçi həmkarlarının bu prosesdə yaxından iştirak edəcəyinə əminliyini bildirdi.
"Bizi birləşdirən mədəniyyət" proqramı muğamlarımız, təsniflər və xalq mahnılarından ibarət bir-birindən maraqlı ifalar ilə davam etdi.
Veriliş çərçivəsində #evdəqal #gələcəyini düşün şüarı ilə musiqi xadimlərinin sosial şəbəkələrdə paylaşımlarından nümunələr də təqdim edildi.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.png)


.jpg)




















.jpg)

.jpg)
