Art
Azərbaycan filmi Sarayevo Film Festivalında qalib oldu - VİDEO
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri, rejissor Rüfət Həsənovun filmi 26-cı Sarayevo Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülüb.
Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata əsasən R.Həsənovun “Daxildəki Ada” filmi “Ən yaxşı rejissor” nominasiyasında “Sarayevonun ürəyi” mükafatına layiq görülüb.
Filmin ssenari müəllifi və rejissoru Rüfət Həsənov, quruluşcu operatoru Orxan Abbasov, quruluşcu rəssamı Elturan Məmmədov, bəstəkarları Katya Yonder və Fərhad Fərzəli, səs rejissoru Teymur Kərimov, ikinci rejissoru Kamran Ağabalayev, icraçı prodüseri Nadir Əliyevdir.
Baş rollarda Orxan Tarıverdizadə, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəlin oynadığı “Daxildəki ada” filmi Sarayevo Film Festivalının müsabiqə proqramında iştirak edən ilk Azərbaycan filmidir. Filmin post-prodakşn dəstəyi CNC - Fransa Dövlət Kino və Animasiya Mərkəzi və Baku Media Mərkəzinə, media dəstəyi isə İctimai Televiziyaya aiddir.
Film mənəvi və fiziki təzyiqlərdən xilas olmaq üçün vəhşi atların yaşadığı və bir sakini olan adaya qaçan şahmatçı gəncin hekayəsindən bəhs edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


.jpg)






















.jpg)
.jpg)
