Art
Xalq şairinin qələbəmizə həsr etdiyi poema səhnələşdiriləcək
Xalq şairi Nəriman Həsənzadənin Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbəyə həsr olunmuş poeması Gənc Tamaşaçılar Teatrında səhnələşdiriləcək.
Bu barədə Publika.az-a Xalq şairi Nəriman Həsənzadə məlumat verib. O bildirib ki, adını açıqlamaq istəmədiyi poema Ali Baş Komandana və müzəffər Azərbaycan Ordusunun əsgərlərinə həsr olunub. Xalq şairi onu da deyib ki, poema müharibədən sonra yazılıb:
“Artıq bitirmişəm və əsəri təqdim etmişəm. Poemanın adı və nə zaman səhnələşdiriləcəyi ilə bağlı öncədən nəsə demək istəmirəm. Bu böyük qələbəmiz, Şuşanın azad olunması ürəyimi dağa döndərdi. Dünyada belə bir şey olmayıb, Azərbaycan Ordusu 44 günə tarix yazdı. İndi dünyanın müxtəlif ölkələri ordumuzun bu müharibədəki taktikasını öyrənir, tədqiq edir. Bu, bir daha göstərdi ki, İlham Əliyev dünyanın ən güclü siyasətçisidir. Dünya miqyaslı siyasi liderdir”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


























.jpg)
.jpg)
