Art
“Qalibiyyət: Şahidlər və Şəhidlər” kitabının onlayn təqdimatı keçirildi - FOTO
Aprelin 26-da Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə nəşr edilmiş Aida Eyvazlı Göytürkün müəllifliyi ilə 2016-cı ilin aprel şəhidlərinə və qazilərinə həsr edilən, təkrar nəşr olunan “Qalibiyyət: Şahidlər və Şəhidlər” kitabının onlayn təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, tədbiri çıxış sözü ilə açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov tarixi zəfərimizin ilk müjdəçiləri olan aprel şəhidlərinə və qazilərinə daim borclu olduğumuzu, onların adlarının əbədi yaşadılması üçün əlimizdən gələni əsirgəməməyin vacibliyini qeyd edib.
Bu mövzuda kitabların yazılmasını və nəşrinə dəstək göstərilməsini yüksək qiymətləndirən Xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, 2016-cı ildə qəhrəman oğullarımızın şücaəti nəticəsində ərazi bütövlüyümüzün bərpasına başlanıldı və bu, 2020-ci ildə zəfərlə nəticələndi.
Şəhidlərimizin və qazilərimizin şərəfli döyüş yolu haqqında kitabların yazılmasının əhəmiyyətindən danışan millət vəkili Aqil Abbas bu kitabların böyük tirajlarla nəşrt etdirilib təhsil ocaqlarına paylanmasının vacibliyini vurğulayıb.
Şöhrət ordenli şairə Ofelya Babayeva Azərbaycan Ordusunun müzəffər əsgərləri və qazilərininin türk dünyasının zəfər tarixini qanları ilə yazdıqlarını, vətənə şərəf gətirdiklərini söyləyib.
Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı şəhidlər haqqında yazılan kitabların ənənə almasının əhəmiyyətindən danışıb.
Kitabın müəllifi Aida Eyvazlı Göytürk yazdığı əsərin şəhidlərin, qazilərin, onların valideynlərinin ölkəmiz, xalqımız qarşısındakı xidmətləri qarşılığında kiçik bir iş olsa da, belə bir kitabın ərsəyə gəlməsinin onun üçün böyük şərəf və xoşbəxtliyə səbəb olduğunu diqqətə çatdırıb.
Qeyd edib ki, hazırda Vətənə ikinci dəfə Qalibiyyət gətirən şəhidlərimiz və qazilərimiz haqqında kitabın üzərində işləyir. Aprel döyüşlərinin iştirakçısı, qazi, polkovnik-leytenant Elşən Qarayev, şəhid polkovnik Sənan Axundovun həyat yoldaşı, Nəcibə Axundova, şəhidlərimiz Əbdülməcid Axundovun, Mikayıl Vahabazadənin, Müşfiq Orucovun, Mahir Mİrzəyevin,Mahir Quliyevin , valideynləri Sabir Mirzəyev, Aygün Məmmədli, Ceyran Həsənova, Azadxan Mirzəyev, Rumiyyə Vahabzadə, Şakir Niftalıyev, Lalə Quliyeva “Qalibiyyət: Şahidlər və Şəhidlər” kitabının müəllifi Aida Eyvazlıya, kitabın nəşrinə göstərdiyi dəstəyə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna və tədbir iştirakçılarına minnətdarlıqlarını ifadə ediblər.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.png)


.jpg)




















.jpg)

.jpg)
