Art
Kino əfsanəsindən UĞUR və ŞÖHRƏTİN açarı
Özünə inamı artırmaq üçün aktrisanın güclü mantrası!
Meril Strip dünyada milyonlarla pərəstişkarının qəlbini fəth edən əfsanəvi aktrisadır. Sevilən aktrisa 21 dəfə “Oskar”, 31 dəfə “Qızıl Qlobus”a, 15 dəfə Britaniya Kino Akademiyasının və 17 dəfə ABŞ-ın kino aktyorlarının Gildiyası mükafatına namizəd olub.
40 ildən çoxdur evli olan kinoulduzu hesab edir ki, ailə həyatın təməl daşıdır. Strip həmişə təvazökar qalmasına, xoşbəxt olmasına və istedadını inkişaf etdirməsinə kömək edən müəyyən bir fəlsəfəyə riayət edir. Gəlin aktrisanın uğurunun əsas sirləri ilə daha ətraflı tanış olaq...
Publika.az xəbər verir ki, ulduzun bank hesabında 90 milyon dollar var.
Təmannasız yardım
Hər ədası ilə ətrafına özünəinam və güclü qadın enerjisi yayan Strip eyni zamanda kifayət qədər hörmətli və xeyirxah bir qadındır. “Forbes” jurnalı 2012 -ci ildə aktrisanın vergi bəyannamələrini yoxlayarkən müəyyən edib ki, aktrisa ilə əri “Silver Mountain” kiçik bir xeyriyyə fondunu qurub.
Fond qadın sahibkarlığını dəstəkləməkdən teatr proqramlarının maliyyələşdirilməsinə qədər müxtəlif məqsədlərə xidmət edir və müntəzəm olaraq ehtiyacı olanlara milyonlarla dollar bağışlayır. Və qəbul edək ki, bunun qarşılığında heç nə gözləmək insanın şəxsiyyəti haqqında çox şey söyləyir. Maddi vəziyyətinizə baxmayaraq, başqalarına yardım etmək həm stressinizi azaldır, həm də daha xoşbəxt və daha yaradıcı olursunuz.
Ev işlərini hələ də özü edir
Əslində Meril Stripin evdarlıqda nə qədər mahir olduğunun heç bir təsdiq və ya sübutu yoxdur. Ancaq ən populyar sitatlarından biri onun çoxşaxəli insan olduğunu tam ifadə edir: “Mümkün qədər normal həyat sürməyə çalışıram. Öz əşyalarınızı ütüləmək nüfuzunuza xələl gətirməz”.
Bu münasibət ona işarə edir ki, uğuru özünüz əldə etməlisiniz və gözləməyin ki, sizə kimsə gümüş sinidə sehirli çubuq təqdim edəcək.
Alimlərinin araşdırmalarının nəticələrinə görə, tökdüklərini yığışdıran, yatağını düzəldən uşaqlar gələcəkdə valideynləri tərəfindən daim qayğı görən uşaqlardan daha çox şey əldə edə bilərlər. Görünür, aktrisa 75 il davam edən Harvard araşdırmasının nəticələrini nəzərə alaraq bütün uşaqlarını eyni ruhda böyüdüb. Gəlir səviyyəsini nəzərə alsaq, Strip özünü gündəlik narahatlıqlardan xilas edə bilərdi, ancaq sadə həyat sürməyə üstünlük verir və haradan başladığını heç vaxt unutmur.
Görünüşə deyil, özünüinkişafa diqqət yetirir
Kinodiva müsahibələrinin birində dilə gətirib ki, gənclik illərində özünü heç bəyənmirmiş, amma aktrisalıq ruhu onu bir an belə tərk etməyib. Bu, onu görünüşünə deyil, istedadını inkişaf etdirməyə yönəltdi və dünyada nəyə nail olmaq istədiyini anlamağa kömək etdi. Stripin sözlərinə görə, istədiyi işlə məşğul olmaqda həmişə azad olub və qırmızı xalçanın ən cazibədar qadını olmaq kimi arzuların içində boğulmayıb.
Mükafatlandırma mərasimlərindən birində aktrisanın çıxışı: “İstərdim ki, gənc qızlar çəkilərindən çox narahat olmasınlar. Bu gün qızlar zahiri görkəmlərinə daha çox vaxt ayırırlar, amma dünyada daha gözəl şeylər var. Eyni şey kişilər və qadınlar üçün də keçərlidir - sizi qəribə və ya fərqli edən xüsusiyyətlər güclü nöqtənizdir. Hər kəs hamı kimi görünməyə çalışır, amma dünya yalnız hansısa keyfiyyəti ilə fərqlənən insanları görür. Məsələn, əvvəllər burnuma nifrət edirdim, amma indi yox”.
Psixoloqlar da aktrisanın fikrini dəstəkləyir və bildirir ki, özünü qəbullannmaq əsas xoşbəxtliyin açarıdır.
Mehriban və dostcanlı ailə
Meril Strip hesab edir ki, iş yerini dəyişməsi uşaqları ilə daha çox vaxt keçirməsinə imkan verib. Onun sözlərinə görə, bütün ömrü boyu bir işə bağlı olsaydı, yəqin ki, bütün bunların öhdəsindən gələ bilməzdi. Rol seçimində də Meril prestij üzərində dayanmır. Əksinə, ailəyə daha yaxın olmaq və çəkilişlərə sərf edilməli olan vaxtı azaltmaq istəyi ilə hərəkət edib. Bu rahatlıq Stripə yaxınları ilə əlaqə saxlamaq imkanlarını genişləndirib.
“Qızlarım, oğlum və ərim bir-birinin işləri haqqında kifayət qədər məlumatlıdır. Hamımız çox yaxınıq və bu, ən vacib şeydir. Həmişə çox işləməyə çalışmışam, eyni zamanda unutmayın ki, ailə ocağını sönməyə qoymamalısınız” , - o, açıqlamasında bildirib.
O həmişə mənzərəyə bütöv baxır
Hamımız zaman-zaman stress və gərginliyin təsirlərinə məruz qalırıq. İnsan doğuşdan etibarən həddindən artıq təzyiq və məsuliyyətə məhkumdur. Bütün bunlar bizi müəyyən bir məqsədə yaxınlaşmağa qoymur. Ancaq bir addım kənara çəkilsəniz, bütöv mənzərəni görə bilərsiniz.
Strip deyir ki, keçmişə dönə bilsəydi, özünə daha böyük düşünməyi tövsiyə edərdi. Detallarda ilişib qaldığı üçün təəssüflənir, bütövlükdə oynadığı rolun əhəmiyyətini anlamaq üçün vaxt ayıra bilərdi: “... Məsələ ondadır ki, ekranda həyat yolları kökündən fərqli olan fərqli insanları oynayırsan ... Müxtəliflik yaxşıdır, mədəniyyəti zənginləşdirir”.
Aktrisalıq məsuliyyətini dərk etməsi ona böyük hörmət və sevgi qazandıran bütöv kimliyindən və yetkinliyindən xəbər verir.
Aytən Məftun
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi