Art
Tanınmış mədəniyyət xadimləri Şuşada oldu - FOTO
Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb.
Publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində bir sıra tanınmış mədəniyyət xadimləri - Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova və digər nümayəndələr Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalında iştirak ediblər.
Onlar səfər çərçivəsində Bülbülün ev muzeyi, Xan qızı bulağı, Qala divarları, Üzeyir Hacıbəylinin ev muzeyində və Cıdır düzündə olublar.
Nümayəndə heyəti həmçinin Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini də ziyarət ediblər.
xxx
Azərbaycanın gənclər təşkilatlarının nümayəndələrinin Şuşa şəhərinə səfəri davam edir.
Publika.az xəbər verir ki, bir sıra mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Qala divarlarını, eyni zamanda Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.
İştirakçılara Qala divarlarının işğal dövründə erməni vandalları tərəfindən dağıdıldığı və yenidən bərpa olunması, həmçinin Yuxarı və Aşağı Gövhər Ağa məscidləri barədə məlumat verilib.
Qeyd edək ki, hazırda qala divarlarında təmir işləri davam edir.
xxx
Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.
Publika.az xəbər verir ki, bir sıra tanınmış mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Xan qızı bulağını ziyarət edib.
İştirakçılaraa Şuşa işğaldan azad olunandan qısa müddət sonra “Xan qızı” bulağının istifadəyə verilməsindən danışılıb. Qeyd edilib ki, şəhərin məşhur məkanlarından biri olan bulağın suyu Ermənistanın işğalı altında olduğu müddətdə qurusa da yenidən sakinlər və şəhərin qonaqlarının istifadəsindədir.
xxx
Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.
Publika.az xəbər verir ki, bir sıra tanınmış mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa Rayon İcra Hakimiyyətinin qarşısında "Güllələnmiş heykəllər"i ziyarət edib.
Səfir Polad Bülbüloğlu nümayəndələrə heykəllərin erməni vandalizminin qurbanı olmasından və buranın tarixindən danışıb.
xxx
Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşa şəhərinə səfəri davam edir.
Publika.az xəbər verir ki, bir sıra tanınmış mədəniyyət xadimləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Azərbaycan vokal sənətinin banisi Bülbülün ev muzeyində olublar.
Nümayəndə heyəti ev muzeyində Bülbülün şəxsi əşyaları ilə tanış olub, ermənilər tərəfindən güllələnərək dağıdılmış əvvəlki büstü və işğaldan azad ediləndən sonra hazırlanan yeni büstünə baxış keçiriblər.
xxx
Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başlayıb.
Publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində bir sıra tanınmış mədəniyyət xadimləri - Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimov, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova və digər nümayəndələr Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Üzeyir Hacıbəyli - XIII Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.
Səfərdə nümayəndə heyəti tərəfindən Cıdır düzü, Bülbülün ev muzeyi, Xan qızı bulağı, Qala divarları, Üzeyir Hacıbəylinin ev muzeyi və Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət ediləcək.
Qeyd edək ki, beynəlxalq musiqi festivalı işğaldan azad olunan Şuşa şəhərində keçirilən ikinci festivaldır.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi











.png)


























.jpg)
.jpg)
