Art
Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının üçüncü günü - FOTO
Kamera və Orqan Musiqisi Zalında baş tutan “Üzeyir sənətinin gənclik sədaları” adlı konsertin iştirakçıları müxtəlif alətlərdə ifa edən gənc solistlər olub.
Publika.az xəbər verir ki, “Gənclərə dəstək” layihəsi çərçivəsində keçən kamera musiqi axşamında Azərbaycan Respublikası mədəniyyət nazirinin Birinci müavini Elnur Əliyev iştirak edib, tədbir iştirakçılarını salamlayıb.
E.Əliyev çıxışında gənc ifaçılarla aparılacaq işin xüsusi əhəmiyyətini vurğulayıb: “Bu il Azərbaycan üçün çox fərqli ildir. XIII Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının bir hissəsinin açılışının Şuşada baş tutması möhtəşəm hadisədir. Bu – cənab Ali Baş Komandanın bizə verdiyi ən böyük hədiyyədir! Gənclərimiz çox peşəkar və istedadlıdırlar. Onlar bizim gələcəyimizdirlər. Gələcəyimiz gənclərimizdən, onların peşəkar səviyyəsindən asılı olacaq. Biz bu gün böyük bir musiqi ənənəsinin, musiqi məktəbinin banisi Üzeyir Hacıbəyli musiqisinin varisiyik və çox istərdik ki, bu ənənələr davam etsin. Arzu edirik ki, bundan sonra da Azərbaycan ilk növbədə incəsənətini, istedadlarını tanıtsın. Təbii ki, Ü.Hacıbəyli də məhz əsas diqqətini gənc nəslin yetişdirilməsinə yetirirdi. Əsas məqsəd gələcəyi qurmaqdır”.
Daha sonra gənc ifaçılar izləyicilərə müxtəlif nəsilləri təmsil edən Azərbaycan bəstəkarlarının – Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Elmira Nəzirova, Adil Bəbirov, Azər Dadaşov, Tofiq Bakıxanov və başqa bəstəkarların əsərlərindən ibarət proqram təqdim ediblər.
* * *
Növbəti kamera konserti Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Fəxrəddin Kərimovun rəhbrəlik etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və solsitlər – violinist Ümidə Abbasovanın və violonçel ifaçısı, əməkdar artist Aleksey Miltıxın iştirakilə keçib.
Konsertin rəngarəng repertuarına Üzeyir Hacıbəylinin “Arazbarı”, Arnold Şönberqin “Noktürn”, Fikrət Əmirovun “Nizami” simfoniyasının finalı, Maks Bruxun “İsveç xalq melodiyalarına Serenada”, Pyotr İlyiç Çaykovskinin “Noktürn” əsərləri daxil edilib. Gənc ifaçılar, respublika və beynəlxalq müsabiqələr laureatları Lalə Əhmədova (bəstəkar) və Yusif Abbasov (bəstəkar), Ümidə Abbasova (violin), Cəlal Kərimov (bariton), Nuranə Əliyeva (piano), Nərgiz Kəngərli (piano), Aynur Abdullayeva (piano), Surə Rüfət (violin), Teymur Kazımov (vokal), Hidayət Sadıqbəyli (piano), Fatimə Əliyeva (piano), Xanım Quluzadə (piano) və Sevda Cəbrayılova (qanun) çıxış ediblər. Konsertmeysterlər Arzu Səfərova, Dilarə Kərimova və Svetlana Əhmədova olub.
Bununla yanaşı, Bakıda ilk ifası həyata keçən əsərlər də olub. Belə ki, Antonio Salyerinin “Simfonia Venezia”, Xoakin Turinanın “La Oracion del torero” əsərləri Bakıda premyeralarını yaşayıb.
-
Nida Təhlil 00:15Xamenei öldü, Sistani niyə cihad elan etmədi? - Detallar
-
Sosial1 Mart 23:55Elektrik və qaz ödənişində yeni dəyişiklik
-
İdman1 Mart 21:03“Sabah”ın məşqçisi “Qarabağ”a qarşı nalayiq hərəkət etdi, ara qarışdı - Video
-
ABŞ1 Mart 20:3848 lider bir anda məhv edildi... - Tramp İrandakı əməliyyat barədə
-
ABŞ1 Mart 20:24ABŞ İrana qarşı əməliyyatda bu təyyarədən istifadə edib
-
İnanc1 Mart 19:12Ramazanın 12-ci günü: Dua, imsak və iftar vaxtı
-
Yaxın Şərq1 Mart 19:00Əhmədinejad ölməyib? - Yeniləndi
-
ABŞ1 Mart 18:36Trampın İranla bağlı növbəti planı
































.jpg)
.jpg)




