Art
Onkologiyaya aid kitabın fəsillərdən birinin müəllifləri azərbaycanlı alimlərdir
Azərbaycan Tibb Universitetinin (ATU) dövrü mətbu orqanı olan “Təbib” qəzetinin 30 iyun 2022-ci il tarixli buraxılışına istinadən Böyük Britaniyanın ən qabaqcıl nəşriyyatlarından olan “IntechOpen” nəşriyyatının təşkilatçılığı ilə beynəlxalq ekspert qrupu tərəfindən ingilis dilində hazırlanmış “Lymphoma” adlı kitabın “Primary gastrointestinal lymphoma” (azərbaycan dilinə tərcümədə “Birincili mədə-bağırsaq limfoması”) fəsli nəşriyyatın xahişi ilə ATU-nun Onkologiya kafedrasının professoru t.e.d. Ramiz Bayramov (həmin kafedranın dosenti Ramilə Abdullayevanın həmmüəllifliyi ilə) tərəfindən yazılmışdır.
Publika.az xəbər verir ki, 40 səhifə həcmində olan fəsildə birincili mədə-bağırsaq limfomasının bütün aspektləri onkologiya elminin bu istiqamərdəki müasir nailiyyətləti nəzərə alınmaqla və müəlliflərin şəxsi təcrübələri də təhlil edilməklə hərtərəfli işıqlandırılmışdır. ATU-nun alimlərinin hazırkı beynəlxalq layihədəki iştirakı ölkəmizin tibb elminin böyük uğurlarından biri kimi qiymətləndirilə bilər.

İnternet mənbələri üzərindən apardığımız araşdırmalara görə, professor R.B.Bayramov Avropada (İspaniya, Böyük Britaniya, Avstriya və s.) keçirilən dünya konqreslərinə dəfələrlə çıxış üçün dəvətlər almış və qeyd edilən konqreslərdə çıxışlar edərək ölkəmizin elmini layiqincə təmsil etmişdir.

Qeyd etmək lazımdır ki, ATU-nun Onkoloji Klinikasında torakoabdominal cərrahiyyə şöbəsinin rəhbəri olan R.B.Bayramov bir çox ölkələrdə (Türkiyə, Rusiya, Koreya, Almaniya) ixtisaslaşma keçmiş və mədə-bağırsaq onkoloji cərrahiyyəsində cəmiyyət və tibb ictimaiyyəti tərəfindən hörmətlə tanınan peşəkar mütəxəssisdir, işlədiyi müddət ərzində minlərlə xəstənin onkoloji xəstəliklərdən sağaldılmasında müstəsna xidməti olmuş cərrah-onkoloqdur. Beynəlxalq ekspert qrupunun tərkibində hazırkı kitabın yazılması üçün müəllif kimi Böyük Britaniyadan dəvət alması R.B.Bayramovun ölkə hüdudlarından kənarda da peşəkar mütəxəssis və etibarlı alim kimi tanınmasının təzahürüdür. Bütün bunlara baxmayaraq, internet araşdırmaları zamanı diqqətimizi çəkən məqamlardan biri də o oldu ki, mədə-bağırsaq onkoloji cərrahiyyəsində ölkənin ən aparıcı mütəxəssislərindən biri olsa da professor R.B.Bayramov heç vaxt sosial şəbəkələrdə və televiziya proqramlarında özünü reklam etməmişdir.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...











.png)
























.jpg)
.jpg)

