Art
Alim Qasımovun yubileyi keçiriləcəkmi? - ÖZƏL
“Alim Qasımovun növbəti dövrlər üçün Türkiyəyə və Portuqaliyaya səfərləri nəzərdə tutulur. Artıq bu ölkələrdə keçiriləcək konsertlərin proqramı da hazırdır. Amma hələlik vaxtı dəqiq deyil. Alim müəllim bu konsert proqramlarına qızı Fərqanə xanımla birgə qatılacaq”.
Bunu Publika.az-a açıqlamasında Xalq artisti Alim Qasımovun meneceri Səadət Fərzəliyeva deyib.
O bildirib ki, 2023-cü ilə qədər həmin konsert proqramlarının dəqiq tarixi müəyyənləşdirilməlidir: “Müəyyən konsert təklifləri var. İndi uyul ayıdır. Adətən bu məsələlər iyuna qədər həll olunur. İyul və avqust ayları boş keçir. Sentyabrdan yenidən konsertlərlə bağlı işlər, dəqiqləşdirmələr aktivləşir. Dəqiqləşdirilmiş səfərlər var, amma tarixləri məlum deyil. Bu yaxınlarda Budapeştdə Alim müəllimin konserti baş tutdu. Portuqaliya və Türkiyə dəqiqləşmiş konsertlərdir. Bundan başqa, Moskvadan Alim Qasımovun sentyabr ayında konsert verməsi ilə bağlı təklif gəlib. Amma hələlik dəqiq deyil”.
Səadət Fərzəliyevanın Xalq artisti Alim Qasımovun yubileyinin keçirilib-keçirilməyəcəyi ilə bağlı sualımıza cavabı birmənalı olmayıb: “Bəli, bu il böyük sənətkarımız Alim Qasımovun 65 illik yubileyidir. Amma hələlik bu barədə dəqiq bir şey yoxdur. Allahın izni ilə yəqin ki, yubiley olacaq”.
Tural Turan
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.png)


.jpg)




















.jpg)

.jpg)
