Art
Şuşaya kimləri aparırlar: Rəşad Məcid AYB-nin meyarlarını AÇIQLADI
Xəbər verdiyimiz kimi, Şuşada Vaqif Poeziya günləri keçirilir. Azərbaycan Yazıçılar Birliyinin moderatorluğunda ölkənin hər yaşdan olan şair və yazıçıları Azərbaycanın Mədəniyyət Paytaxtı olan Şuşaya üz tutdular. Amma sosial şəbəkələrdə ikinci Vaqif poeziya günlərində iştirak edənlərlə bağlı kütləvi narazılıqlar da var. Narazı olanlar deyirlər ki, AYB yenə eyni şairləri Şuşaya aparır. Ölkədə başqa istedadlı şair yoxdurmu? Birlik Şuşaya gedəcək imzaları hansı meyarlarla müəyyənləşdirir? – deyə cavabsız suallar ünvanlayırlar.
Ədəbi cameənin cavab aradığı suallara Publika.az-ın əməkdaşı Yazıçılar Birliyinin funksioneri Rəşad Məciddən münasibət öyrənməyə çalışıb.
AYB sədrinin birinci müavini Rəşad Məcid saytımıza açıqlamasında deyib ki, yerlər məhdud sayda olduğu üçün Vaqif Poeziya günləri tədbirinə hər kəsi aparmaq olmur:
“Bəzi insanlar isə aparılmadıqları üçün gedənləri qısqanırlar. Şuşada keçirilən əvvəlki tədbirlərdə iştirak edən bəzi şairlər bu dəfə iştirak edə bilmədi. Ötən ilə nisbətən bu dəfə Vaqif Poeziya Günləri tədbirində məhdud sayda yer olduğu üçün müəyyən insanlar narazılıqlarını bildirib. Ümid edirəm ki, onlar da gələcəkdə keçiriləcək tədbirdə iştirak edib, Şuşanı görəcəklər. Mən özüm sosial şəbəkələrdə müəyyən yazıları oxudum və Şuşa həsrəti çəkən insanların oraya gəlməsi üçün çalışdım. Ola bilər ki, bəzi şəxslər yaddan çıxıb, ancaq növbəti tədbirlərdə onlar da mütləq dəvət olunacaq”.
Bəs birinci və ikinci Qarabağ savaşının qazi şairləri, yazıçıları niyə Şuşaya aparılmayıb?
Rəşad Məcidin sözlərinə görə, bu il istənildi ki, Vaqif Poeziya günlərində iştirak edəcək şəxslər Şuşanı heç görməyən şairlər olsun:
“Əsasən də Qarabağ və Şərqi Zəngəzur regionundan olan şairlər oraya dəvət aldı. Həmçinin, protokola uyğun olaraq Azərbaycan Yazıçılar Birliyinin (AYB), Ağsaqqallar Şurasının, Söz Ədəbi Birliyinin nümayəndələri də tədbirdə iştirak edirlər. Ümumiyyətlə, mən bu seçim barədə çox ciddi bir giley eşitmədim. Nigar Həsənzadənin rəhbərlik etdiyi "Söz" ictimai birliyi var. Bu qurumun üzvləri arasında qazi yazarlar da az deyil. Onların Şuşaya gəlmə məsələsi Yazıçılar Birliyindən kənarda, Söz Ədəbi təşkilatının vasitəsi ilə həyata keçirilir. AYB-nin üzvlərinin sayı əvvəlcə 200 nəfər nəzərdə tutulmuşdu, ancaq daha sonra bu say 100-ə endirildi. Yəni əvvəl iştirak etmiş şairlər bu dəfəki tədbirə dəvət olunmayıb. Hər kəsin Şuşaya getmək istəməsi başa düşüləndir. Arzu edirəm ki, bütün insanlar Şuşada bu cür möhtəşəm tədbirlərdə iştirak edə bilsin”.
Növbəti sual: Vətən müharibəsi və ondan sonrakı dövrdə Qarabağı, Şuşa və erməni işğalı mövzusunu öz yaradıcılıq nümunələri ilə xaricdə təmsil edən istedadlı nümayəndələrimiz – Ümid Nəccari, Aqşin Evrən, Fuad Cəfərli, Emil Rasimoğlu, Tural Turan kimi imzalar niyə Vaqif Poeziya Günlərinə dəvət almayıblar?
AYB rəsmisi suala cavabında təmsil etdiyi qurumun mövqeyini müəyyən şəxslər üzərində qurub:
“Burada bəzi gənc şairlər iştirak edir, hətta onların müəyyən şeirləri tədbirdə səsləndiriləcək. Mən, ümumiyyətlə Tural Turan və Emil Rasimoğlunu şair hesab etmirəm. Hətta onlar yaxın 20 ildə Vaqif Poeziya günlərində iştirak edə bilməyəcək”.
AYB funksioneri Rəşad Məcidin son fikirlərinə birliyin üzvü, Prezident təqaüdçüsü Emil Rasimoğlu da münasibət bildirib:
"Əvvəla, onu deyim ki, Rəşad Məcidin haqqımda səsləndirdiyi fikirlər məni təəccübləndirmədi. Çünki o fikirləri Rəşad Məcid deyir. Daim iş prinsipindəki yanlışlıqlarını tənqid etdiyim, ömrünü-gününü intiriqalara həsr edən, qərəzli Rəşad Məcid. Bu məqamda Rəşad Məciddən başqa nə gözləmək olar ki?!
Digər tərəfdən Rəşad Məcidin məlumu olsun ki, bu mühitdə o yalnız vəzifədən ibarətdir. Sənət isə bir ayrı sferadı.
Vaqif Poeziya Günlərinə gedib-getməməyə gəldikdə isə mən Tanrı ilə üz-üzə dayanan adamam, bu kimi məsələləri müzakirə etmək fikrində deyiləm. Mənim öz dünyam var. Əbədilik həmin dünyaya məxsusdu. Tədbirlərdə iştirak edib-etməmək sənətə meyar deyil ki...".
Rahib Ələsgərov
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı