Art
Əməkdar artist: “O konsert ZƏFƏRİMİZİN yekun nöqtəsi idi"
“Şuşadan çox gözəl təəssüratlarla qayıtdım. Budəfəki səfər məni çox kövrəltdi. Qürur və sevinc hissləri bir-birinə qarışmışdı. Vaqif Poeziya Günləri çərçivəsində bir neçə tədbirimiz baş tutdu. Bizim hazırladığımız çıxış çox təsirli alındı. Bu, sadəcə konsert proqramı deyildi, həm də üsyan idi. Tədbir Azərbaycan poeziyasında dahilərin, dühaların dünyadakı ədalətsizliyə qarşı savaşı idi. Bəşəriyyəti doğruluğa, düzgünlüyə, haqq və ədalətə çağıran bir savaşı xatırladırdı. Bu dəyərlər bizim dühaların əsərlərində, təfəkkür tərzində o qədər gözəl yer almışdı ki, onu ifadə etməkdə söz də acizdir”.
Bunu Publika.az-a açıqlamasında Əməkdar artist Nuriyyə Hüseynova Şuşada keçirilən Vaqif Poeziya günləri ilə bağlı təəssüratlarını bölüşərkən deyib. Əməkdar artist bildirib ki, proqramın quruluşçu rejissoru Əməkdar İncəsənət xadimi Nicat Kazımov idi:
“Nicat çox istedadlı aktyor və rejissordur. O, Şuşadakı tamaşada milli xüsusiyyətləri o dərəcədə qabarıq şəkildə üzə çıxarmışdı ki... Dahilərimizin ən gözəl fikirləri, ən gözəl hikmətli kəlamları, fəlsəfi düşüncələri, həyata olan baxışları orada yer almışdı. Qulaq asdıqca deyirdim ki, ilahi, bizim millət nə qədər zəngin təfəkkürə və mədəniyyətə malikdir. Yəni Nicat Kazımov gözəl kompazisiya işləyib hazırlamışdı. Həmin kompazisiyada tamaşaçını o qədər sehirləmişdik ki, Bakıdan gedən qonaqlar, şairlər, elm və incəsənət adamlarımız tamaşanın sehrinə düşmüşdülər. Təsəvvür edin ki, konsertdən sonra otelə qayıdanda baxırdıq ki, hamı tamaşadan danışır”.
Nuriyyə Hüseynovanın sözlərinə görə, hər kəs o konerti zəfərimizin yekun nöqtəsi kimi qiymətləndirirdi:
“Bu, Şuşada əsl zəfər konserti idi. Həmin kompazisiyada hər şey var idi. Sanki bütün gözəlliklər bir çələngdə toplanmışdı. Nəticə çox gözəl oldu. Təsəvvür edin ki, Molla Pənah Vaqif bütün əsrlərdə yaşamış Azərbaycanın dühalarını həmin gün Şuşaya qonaq çağırmışdı. Mən Cahangir Cahangirovun “Füzuli” kantatasını ifa elədim. Biz bu əsəri bir gecədə yazdıq. Biz Şuşadan bütün dünyaya mesaj verdik ki, Azərbaycan təkcə qeyrətli oğulları ilə deyil, həm də musiqisi və poeziyası ilə dünyada döyüşə biləcək gücə və qüdrətə sahibdir. Ümid edirəm ki, belə konsertlər Bakıda da, xaricdə də olacaq”.
Tural Turan
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi











.png)


.jpg)




















.jpg)

.jpg)
