Art
Anar Kərimov Qəbələdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO
Mədəniyyət naziri Anar Kərimov Qəbələ rayon Mədəniyyət Mərkəzində vətəndaşları qəbulundan sonra icra başçısının müşayiəti ilə Qəbələdə bir sıra mədəniyyət müəssisələrinə və tarixi abidələrə baş çəkib.
Publika.az xəbər verir ki, Anar Kərimov Mədəniyyət Nazirliyinin bu il əsaslı təmir edilən Qəbələ şəhər Uşaq incəsənət məktəbinə baxış keçirib.
Bildirilib ki, 1969-cu ildə fəaliyyətə başlayan incəsənət məktəbində 332 şagird təhsil alır, 66 müəllim çalışır.
Qəbələ Rayon Heydər Əliyev Mərkəzi ilə tanışlıq zamanı nazirə məlumat verilib ki, 2007-ci ildən fəaliyyət göstərən mərkəzdə ulu öndərin həyatının və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən ekspozisiya yaradılıb. Burada ulu öndərin müxtəlif illərdə Qəbələyə səfərlərlə bağlı fotolar da nümayiş olunur.
Sonra nazir Qəbələ Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib. Məlumat verilib ki, muzeyin arxeologiya, etnoqrafiya, numizmatika, qədim əlyazmalar, nadir kitablar, xalq yaradıcılığının müasir nümunələri və rayonun təbii sərvətlərindən ibarət eksponatları, tarixi abidələri, əhalisinin etnik tərkibi, coğrafi şəraiti, bitki və heyvanat aləmi, mədəniyyətin və iqtisadiyyatın müasir vəziyyəti və onların inkişaf perspektivləri Qəbələ haqqında təsəvvür yaratmağa imkan verir. Muzeyin fondunda Qəbələdə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş Antik və Orta əsrlərə aid artefaktlar da toplanıb.
Səfər çərçivəsində 130 min nüsxə kitab fondu olan Qəbələ rayon Mərkəzi Kitabxanasına da baxış keçirilib, kitabxananın fəaliyyəti barədə məlumat verilib.
Anar Kərimov rayon mərkəzindən təxminən 18 kilometr cənub-qərbdə, indiki Çuxur Qəbələ və Tövlə kəndləri ərazisində yerləşən, qədim Qəbələ şəhərinin qalıqları üzərində yaradılan Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna və Qəbələ Arxeoloji Mərkəzinə də baş çəkib, qoruq ərazisində arxeoloji qazıntılar zamanı aşkar olunan eksponatlarla tanış olub. Tanışlıq zamanı məlumat verilib ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu 1978-ci ildə yaradılıb. Qoruq tarix, mədəniyyət, memarlıq, etnoqrafik, arxeoloji abidələrin, eləcə də tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan xatirə yerlərinin və onların əşyalarının yerləşdiyi ərazini əhatə edir. 2005-ci ildən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan arxeoloqlar qoruq ərazisində qazıntılar aparır.
Nazir qoruqda “Qafqaz Albaniyasının paytaxtı-Qəbələ” filmini izləyib.
Daha sonra Anar Kərimov Qəbələdə arxeoloji qazıntıların aparıldığı Səlbir və Qala ərazilərinə də baxış keçirib.
Mədəniyyət naziri Qәbәlә rayonunun Nic qəsəbəsində Müqəddəs Məryəm Ana kilsəsini (XIX əsr) və Müqəddəs Yelisey adına Cotari kilsəsini (XIX əsr) də ziyarət edib. Məlumat verilib ki, 2020-ci ildə Müqəddəs Məryəm Ana Alban kilsəsi Heydər Əliyev Fondu tərəfindən əsaslı şəkildə bərpa edilib. Cotari alban-udi kilsəsi yerli sakinlərin vəsaiti hesabına 1723-cü ildə inşa edilib. Kilsənin adı qəsəbədəki Cotari məhəlləsinin adından götürülüb.
Mədəniyyət müəssisələri ilə tanışlıqdan sonra nazir Anar Kərimov rayon Mədəniyyət Mərkəzində Qəbələ Xalq Teatrının üzvləri ilə görüşüb, Qəbələ və İsmayıllı rayonlarının bədii kollektivlərinin ifasında konsert proqramını izləyib.
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü