Art
Ekranda yalnız sevgi səhnələri..
Oktyabrın 22-də saat 20.00-da Nizami Kino Mərkəzində “ART-EAST Media Qrup” şirkətinin təşkilatçılığı, “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə “Musiqili Proyektor” multimedia şousu keçiriləcək.
Publika.az xəbər verir ki, ekranda 20 məşhur kinolentdən unudulmaz sevgi səhnələri canlanacaq. Bu filmlərə bəstələnən dahiyanə əsərlər 23 peşəkar musiqiçinin canlı ifasında səslənəcək. Xüsusi quruluş verilmiş rəqslər, atəşfəşanlıq - tamaşanı əsil şouya çevirəcək.
Layihənin niyyəti – dahi sənətkarların filmlə bəstələdikləri kino musiqisini yenidən canlandırmaq, vaxtilə mövcud olan böyük bəstəkarlıq məktəbinin ənənələrini yeni təqdimatda mədəniyyətə qaytarmaqdır.Uzun illər sevə-sevə izlənilən kinolentlərin saundtreklərini bərpa etmək asan deyil. Musiqini yenidən nota köçürmək, Orkestr üçün işləmək xeyli zəhmət tələb edir. “ART- EAST Media Qrup”un təşəbbüsü ilə yeni Kamera Orkestri yarananda, gənc istedadlar ilk məşqlərə başlayanda, yalnız bu ideyaya xidmət etməyi düşünürdülər. Həm də musiqidə 6/8 ritminin hökmranlıq etdiyi bir zamanda! Gözəl rejissorların böyük bəstəkarlarla yaradıcı tandemindən doğan sənət incilərini günümüzə gətirən, zərif melodiyaları yeni aranjimanla tamaşaçılara təqdim edən “Avanqard” Kamera Orkestri məhz bu mənada öndə gedənlərin sıralarındadır.
Daha geniş audiotoriya cəlb etmək məqsədi ilə repertuarını zənginləşdirən “Avanqard”ın artıq hər çıxışı rəngli, əlvan bir şou təqdimatını xatırladır. Dünya bəstəkarlarının kino musiqisinə yazılmış möhtəşəm əsərləri, populyar cizgi filmlərinin saundtrekləri, xoreoqrafik kompozisiyalar – bütün cəhdlər müxtəlif zövqlü tamaşaçını gündəlik həyatın qayğılarından ayırıb gözəl musiqinin cazibəsinə salmaq üçündür...
Şənbə axşamı “ART-EAST Media Qrup” və “Avanqard” Kamera Orkestri hər kəsi Nizami Kino Mərkəzində yalnız sevgi hekayələrindən ibarət 90 dəqiqəlik seansa dəvət edir.
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








.jpg)
.jpg)

.jpg)




























