Art
“Teatrda işlədiyim üçün acından ölürəm” - Əməkdar artist
“Keçən il mənə nazir “Tərəqqi” medalı təqdim etdi. Onda bir söz dedim: İnsan peşə seçəndə, qarşısında iki məqsəd olur. Ya çox pul qazanıb ev, maşın alacaqsan, gözəl şərait yaradacaqsan. Ya da elə sənət seçməlisən ki, öləndən sonra da ölümsüzlük qazanasan. Özümdən sonra nəsə qoymalıyam”.
Publika.az Olay.az-a istinadla xəbər verir ki, bu sözləri “Səhərin səsi” verilişində Əməkdar artist Münəvvər Əliyeva deyib. O bildirib ki, teatr aktyorları özlərinə gözəl şərait qura bilmirlər:
“Əslində veriləcək bu dəyərlər, adlar bizə nəsə etmir, yenidən dəyişmir. Teatr elə sahədir ki, burada işləyənlərə fanat deyirlər. Əvvəllər bizi dəli adlandırırdılar. Bu sahədə olanlar nə populyarlıq qazanır, nə ev-eşik alır, nə də şərait yaradır. Mümkünsüzdür. Nə də ki, kimsə teatr aktyorunu toya çağırıb demir ki, filan sözü de, 5 manat verəcəm.

Yaxud da bizim işdə rüşvət yoxdur. Bundan əvvəlki müdürümüz çox aqressiv gəlmişdi. Hamını bir-bir otağına çağırırdı. Mən ona dedim ki, burada işləməsəm, acından ölməyəcəm. Əksinə burada işləyib acından ölürəm. İstəyirsən indi ərizəmi yazım, çıxım. Kimsə gəlib cibimizə pul qoymur ki, səhnədə belə oynama, elə oyna. Bizim qazancımız alqışdır. Əvvəl qiyməti ucuz olanda gül-çiçək gətirirdilər. İndi elə dövrə gəlib çıxmışıq ki, uşaq ibtidai sinifdə oxuyurdu. Müəllimə gözəl buket hazırlayıb aparanda ürəyindən qara qanlar axırdı ki, ona ödədiyin pulu mənə verərdin. Çünki iki gün sonra quruyacaq. Dəyərləndiriləndə fikirləşirsən ki, kiminsə yerini tutmamışam, boş yerə bu sənətə gəlməmişəm.

İlk dəfə “Qızıl dərviş” mükafatı alanda fikirləşdim ki, bu qədər əziyyət çəkirəm. Həm cəmiyyətdən, həm qohum-əqrəbadan, ətrafdan. Deyirlər, filankəs aktrisa oldu, danışırlar. Özünü çərçivəyə salırsan. Nə qədər desələr də, biz azad deyilik. Tək azad olduğumuz yer səhnədir”.

-
İdman03:19Anam məni 16 yaşı olanda dünyaya gətirib, atam isə küçədən... - Yamaldan təsirli açıqlama
-
ABŞ02:18ABŞ helikopteri qəza enişi etdi - İtkin düşən və yaralananlar var
-
Qoroskop01:40Günün ulduz falı: qarşınıza gözəl fürsətlər çıxacaq
-
Rəsmi xronika1 İyul 23:15Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - Video/Yeniləndi
-
Kriminal1 İyul 22:18İqbal Ağazadənin adından mesajlar göndərib pul istəyirlər... - Polis araşdırma aparır
-
Region1 İyul 21:13Türkiyəyə yenə PUA atıldı - Bu ölkəyə məxsusdur
-
Magazin21 İyul 20:48Xalq artisti qızına 2 gün toy edəcək
-
Magazin21 İyul 19:10Bu ölkə “Avroviziya”da ilk dəfə iştirak edəcək







.jpg)






























