Art
Xərçəngdən dünyasını dəyişən aktrisanın bacısı: "Üsyan edirmiş kimi rəqs elədi" - FOTO
Kinoşünas Sədaqət Kamal ötən ay dünyasını dəyişən bacısı, aktrisa Fərqanə Quliyeva ilə bağlı paylaşım edib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, bacısının fotosunu sosial şəbəkədə paylaşan kinoşünas bunları yazıb:
“Fərqanəm və oğlu Cavidanımla toyda. Bu toyda Fərqanə rəqs meydanından çıxmaq istəmədi, sanki xəstəliyə üsyan edirmiş kimi, "Sən ey xərçəng, ölsən də öldürə bilməzsən məni" rəqsi edirdi. Bir il yaşadı bu toydan sonra. Bakı.2021”.
Qeyd edək ki, Fərqanə Quliyeva 29 aprel 1957-ci ildə anadan olub. Orta məktəb illərində Kitab Evində bədii qiraətlə məşğul olub, Şən və Hazırcavablar Klubunda çıxış edib.
1975-1979-cu illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb. Sənətin incəliklərini görkəmli teatr rejissoru, pedaqoq, SSRİ Xalq artisti Yevgeni Matveyevdən öyrənib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.
Fərqanə Quliyeva “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə “Gözlə məni” (1980-Gülgəz), “Gümüşü furqon” (1982, Qarayanız qız), “Qaladan tapılan mücrü” (1982, Qaraçı), “Tilsim” (2005, Pakizə), “İki yad adam” (2017, qısametrajlı bədii film) filmlərində maraqlı obrazlar yaradıb.
Eyni zamanda xarici film istehsalçılarının (“Silah” (2008, rejissor Aleksandr Kasatkin, Rusiya) serialında rol alıb.
Bir çox animasiya filmlərini (“Qarğa balası və özgə yuvası” (2005), “Ayna (II) (2006), “Siçan və pişik” (2007), “Cəsur təyyarə” (2009), “Ultionis (2011), “Cırtdan və Təpəgöz” (2012), “Cırtdan və sehirli xalat (2016) və s.) səsləndirib.
Mədə xərçəngindən əziyyət çəkən aktrisa bu il sentyabrın 23-də vəfat edib.
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








.jpg)
.jpg)

.jpg)



























