Art
“Nar bağı” filmi beynəlxalq festivalda
İsveçrənin Bazel şəhərində keçirilən XVI “Cinema Querfeld” film festivalında azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filmi təqdim olunub.
Publika.az bildirir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə nümayiş etdirilən ekran əsəri isveçrəli izləyicilərdə maraq doğurub. Birlik filmin alman dilində altyazısını xüsusi olaraq bu festival üçün hazırlayıb.
Qeyd edək ki, diaspor təşkilatlarının və isveçrəlilərin birlikdə hazırladığı “Cinema Querfeld” festivalında filmlər çəkildiyi dildə və almanca altyazılarla tamaşaçılara təqdim olunur.
Filmin təqdimatı çərçivəsində İsveçrədə yaşayan tanınmış rəqqasə Mariya Xan Xoyskaya “Sarı gəlin" Azərbaycan xalq mahnısını ifa edib. Onu isveçrəli musiqiçi Yvette Baum müşayiət edib.
“Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyeva Bodmer bildirib ki, rəhbərlik etdiyi təşkilat 2014-cü ildən etibarən hər il bu festivalda iştirak edir və Azərbaycan filmlərini isveçrəlilərə təqdim etməkdən qürur duyur.
Fsetival çərçivəsində Azərbaycanın milli mətbəx nümunələri də nümayiş etdirilib.
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar








.jpg)
.jpg)

.jpg)



























