Art
“4.4 Qısa Tamaşalar Festivalı”nın proqramı açıqlandı
Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə 25-30 noyabr 2022-ci il tarixində Bakı şəhərində keçiriləcək II “4.4 Qısa Tamaşalar Festivalı”nın (QTF) başlanmasına sayılı günlər qalıb.
Publika.az xəbər verir ki, hazırlıq işlərinin ilk mərhələsini başa çatdıran Təşkilat komitəsi artıq festivalın proqramını müəyyənləşdirib. Göndərilən 20-dən artıq tamaşadan 12-si festivalın müsabiqə proqramına daxil edilib. Bu tamaşaların 6-sı Bakıda, 4-ü rayonlarda fəaliyyət göstərən dövlət teatrlarının, 2-si isə müstəqil teatrların payına düşür. Maraqlıdır ki, bu ilki festivala dram teatrları ilə yanaşı, kukla teatrları da qatılıb.
Bundan əlavə, festivalın proqramında müxtəlif ölkə teatrlarının repertuarındakı ən maraqlı əsərlərin sırasından seçilmiş 6 müsabiqədənkənar tamaşa yer alıb. Bu ilki festivala xüsusi rəng qatan özəlliklərdən biri də müsabiqədənkənar proqrama daxil edilmiş xarici tamaşadır. Belə ki, festival günlərində seyrçilər K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının Lev Tolstoyun eyni adlı povesti əsasında hazırladığı “Kreyser sonatası” tamaşasına baxa biləcəklər.
Zəngin festival proqramı yalnız tamaşalarla bitmir. Əlliyə yaxın xarici qonağın qatılacağı festival ərzində teatrsevərlər tanınmış teatr mütəxəssislərinin fərqli ustad dərslərində, treninqlərdə və panel müzakirədə iştirak edə biləcəklər.
Festivalın proqramı ilə Teatro.az sənət portalında, festivalın veb-saytında və sosial media hesablarında tanış olmaq mümkündür.
Samira Sərkər
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO






































