Art
İstanbuldakı kitab sərgisində niyə iştirak etmirik? - Nazirlikdən QƏRİBƏ CAVAB
TÜYAP Sərgi Qrupu (Tüm Fuarcılık Yapım A.Ş.) tərəfindən Türkiyə Nəşriyyatçılar Birliyi ilə birgə təşkil edilən “İstanbul Beynəlxalq Kitab Sərgisi” COVID-19 pandemiyasından sonra 39-cu dəfə qapılarını dünyanın üzünə açıb. Dekabrın 3-də başlayan sərgidə 13 ölkənin nəşriyyatları ilə qarşılıqlı əməkdaşlıq qurulacaq. Bundan əlavə, beynəlxalq kitab sərgisində 320 tədbir və 2 200 imza günü keçiriləcək.
Dekabrın 11-dək davam edəcək sərgidə kitabsevərlər çoxlu nəşriyyatlarla bir araya gəlmək və sevimli müəllifləri ilə tanış olmaq imkanı əldə edəcəklər. Sərgidə Türkiyədən və xaricdən minə yaxın nəşriyyat və qeyri-hökumət təşkilatı iştirak edir. Yunanıstan, Albaniya, Şimali Makedoniya, Serbiya, Xorvatiya və Kosovo da daxil olmaqla, diqqət mərkəzində olan ölkələrin rəsmiləri iştirakçı nəşriyyatların nümayəndələri ilə təkbətək görüşlər keçirəcək və müəllif hüquqları mübadiləsi aparacaqlar. Yarmarkanın beynəlxalq zalında Almaniya, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Rumıniyanın nəşriyyatları da iştirak edəcək.
.jpg)
Bəs, Azərbaycan bu önəmli beynəlxalq tədbirdə iştirak edirmi?
Mədəniyyət Nazirliyindən Publika.az-ın sorğusuna cavab olaraq, bildirildi ki, cari ilin 3-11 dekabr tarixlərində keçiriləcək 39-cu İstanbul Beynəlxalq Kitab Sərgisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin təmsil olunması nəzərdə tutulmur.
“Türkiyə tərəfinə artıq bu barədə məlumat verilib. Sözügedən sərgidə Azərbaycanın bu il “Fəxri qonaq ölkə” statusunda iştirakı təxirə salınmış və qarşı tərəf öncədən bu barədə məlumatlandırılıb”, - deyə nazirlikdən bildirilib.
Azərbaycan iştirakı niyə təxirə salınıb?
Ölkəmizin iştirakının təxirə salınmasının səbəbinə gəlincə, bu məsələ ilə bağlı əlavə şərhin olmayacağı vurğulandı.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr 2022-ci il tarixində Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində Türkiyənin bu il Fəxri Qonaq qismində iştirakından sonra nazir Anar Kərimov İstanbuldakı Kitab Sərgisində ölkəmizin fəxri qonaq olacağını açıqlamışdı.
Həmçinin, sözügedən sərgidə Azərbaycanın “Fəxri qonaq ölkə” statusunda iştirakı ölkəmiz üçün faydalı olardı. Nəzərə alsaq ki, bu il keçirilən Bakı Beynəlxalq Kitab Sərgisində Türkiyə Fəxri Qonaq qismində iştirak etmişdi. Bunun sayəsində biz çox sayda türk yazarlarının ədəbi fəaliyyəti ilə tanış olduq. Lakin Azərbaycan bu gün Türkiyədəki sərgidə iştirak edə bilmir. Bu cür önəmli beynəlxalq kitab tədbirində iştirak etməmək isə ədəbiyyatımızın beynəlxalq arenaya çıxmağına heç də müsbət təsir göstərmir.

“Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu saytımıza açıqlamasında bildirdi ki, əgər bu cür beynəlxalq kitab sərgiləri köhnə qaydadadırsa, orada təmsil olunmağa dəyməz. Yenilik varsa, iştirak etməyimiz də vacibdir:
“Düşünürəm ki, Azərbaycanın bir ölkə kimi yeni formada beynəlxalq kitab sərgilərində təmsil olunması çox yaxşı olar. Əgər köhnə qaydadadırsa, iştirak etməyə dəyməz. Məsələn, Qız qalası dizyanlı stendin içərisinə beş-altı ədəd ensiklopedik kitablar qoyub üzərinə “Azərbaycan” yazmağın heç bir faydası yoxdur. Oraya bir neçə kitabxanaçı aparmağın da bizim üçün heç bir xeyri olmayacaq. Bu mənada, əgər yeni sistem işlənilməyibsə, təmsil olunmağımız da yersizdir. Bizim yazıçılarımız, yaradıcı gənclərimiz, naşirlərimiz oraya getsin, böyük bir mərkəzdə nəşriyyatlarımız təmsil olunsun, görüşlər keçirilsin və s. Dinamik, işgüzar bir sərgidə iştirak forması varsa, orada təmsil olunmaq olar. Yoxdursa, sadəcə siyahı tutmaq xatirinə bu lazım deyil”.
Akqabay Mıradov
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)
























.jpg)


