Art
"20 Yanvarda doğulanlar" təqdim olundu - FOTO
Dünən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) “20 Yanvarda doğulanlar” bədii-sənədli filminin təqdimatı baş tutub.
Publika.az xəbər verir ki, bu barədə məşhur model-aktyor Rüstəm Cəbrayılov məlumat verib. Tədbirdən fotolar paylaşan aktyor qeyd edib ki, ekran işində əsas rollardan birini canlandırıb.
Bədii-sənədli filmin quruluşçu rejissoru isə Əməkdar incəsənət xadimi Elxan Cəfərovdur. Layihədə R. Cəbrayılov, Rasimə Abbasova və başqaları yer alıb.
Ekran işinin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov filmin bildirib ki, ssenari tarixi araşdırmalar nəticəsində üzə çıxan arxiv sənədlər, şahidlərin və ekspertlərin söylədiyi faktlar əsasında hazırlanıb. Filmin ssenarisinin yazılmasına və çəkilişlərinə ölkəmizlə yanaşı, xaricdən dəvət olunmuş görkəmli kino işçiləri cəlb edilib.
Qeyd edək ki, ekran işi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşəbbüsü əsasında xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələri və bu hadisələr zamanı şücaət göstərmiş dənizçilərimiz haqqında çəkilib.
-
Magazin222:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa22:12Papa əməliyyat olundu
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO




























