Avropa
Putin müharibə meydanı yaratmaq üçün BU ADDIMI ATIR - DƏHŞƏTLİ PLAN
Rusiya Balkanlarda sağ qüvvələr və militar təşkilatların köməyi ilə qeyri-sabitlik mərkəzini yaratmağa çalışacaq.
Publika.az xəbər verir ki, bu haqda “Apostrof” nəşrində öz məqaləsində Vətəndaş cəmiyyətinin problemlərinin tədqiqatı Mərkəzinin analitiki Mariya Kuçerenko söyləyib.
“Biz “Yenot” Rusiya şəxsi hərbi şirkətin üzvlərinin dərs dediyi hərbi-vətənpərvərlik düşərgəsini gördük. Serbiyada bir çox başqa təşkilat gördük ki, müxtəlif militar və siyasi alətlərdən istifadə edə bilər. Rusiyanın təbliğatçı amilini unutmaq olmaz”, - Kuçerenko qeyd edib.
Analitik qeyd edib ki, Balkan yarımadasının ən problemli ölkələri olan Yunanıstan, Makedoniya və Serbiyaya Aleksandr Duqin (“Beynəlxalq Avrasiya hərəkatı”nın rəhbəri, politoloq, Kremlin ideoloqu hesab edilir - red.) və Leonid Savinin (Kremlə yaxınlığı ilə seçilir - red.) cürbəcür səyahətlərinə gözlərini bağlamaq lazım deyil.
“Bu səfərlər bu il də baş verib. Onlar heç yerə elə-belə getmirlər...”, - Mariya Kuçerenko bildirib.
O vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin əsas məqsədi Balkan ölkələrinin Avropa İttifaqı və NATO-ya inteqrasiyasına maneə olmaqdır:
“Oradakı siyasi sabitlik və öz keçmişinin dərk edilməsinə keçid Kremlə lazım deyil, çünki manipulyasiya etmək və populist liderləri idarə etmək daha asandır. Bu halda Kremlə Avropaya təsir üçün hansısa müharibə meydanını yaratmaq da asan olacaq”.
Ömər
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır
-
İdman31 Oktyabr 20:36“Qarabağ”ın futbolçuları oyun zamanı dalaşdılar - VİDEO






























.jpg)

.jpg)