Avropa
Apokalipsisə HAZIRLIQ? - Rusiya ilə müharibə SƏHNƏLƏŞDİRİLİR
Böyük Britaniya Rusiya da daxil olmaqla, daha güclü silahlı qüvvələrlə ölkələrlə döyüşlərə hazırlaşmaq üçün Omanda hərbi təlimlər keçirir.
Publika.az xəbər verir ki, bu haqda “Times” nəşri bildirib.
Qəzetin məlumatına görə, “Saif Sareea 3” təlimləri son 17 ilin ən böyük hərbi təlimləridir. Bir ay davam edəcək təlimlər Londona yüz milyon funt-sterlinqə başa gələcək. Təlimlərdə hər birinin dəyəri minlərlə funt-sterlinq olan pilotsuz təyyarələr ilk dəfə sınaqdan keçiriləcək.
Təlimlərdə həmçinin 5,5 min hərbi qulluqçu, zirehli texnikanın 200 vahidi, 6 hərbi gəmi və 8 “Typhoon” qırıcısı iştirak edir. Bundan başqa, ərazinin minalanmış obyektlərdən təmizləməsi üçün nəzərdə tutulmuş zirehli yedəkçələr sınaqdan keçiriləcək.
“Biz özümüzü ən yaxşı təchiz edilmiş, ən yaxşı hazrılanmış və bizim üçün ən ciddi çağırışlar yaradan ölkələrlə müqayisə etməyə çalışırıq”, - nəşr təlimlərin gedişatında quru güclərinə komandanlıq edən Zak Stenninqdən sitat gətirib.
Xatırladaq ki, daha əvvəl “The Sunday Times” nəşri bildirib ki, Böyük Britaniyanın hərbi komandanlığı Rusiyaya qarşı kiberhücumu həyata keçirməyə və Moskvanı elektrik enerjisiz qoymağa hazırdır. Nəşr krallığın təhlükəsizlik xidmətlərində çalışan yüksək vəzifəli mənbəyə istinadən edib.
Onun sözlərinə görə, belə ssenari qərb ölkələrindən birinə hücum halında həyata keçiriləcək.
Ömər Dağlı
-
Dünya09:48Alimlərdən şok proqnoz: Qiyamət günü ilə bağlı yeni tarix açıqlandı
-
İnanc09:30Butulka basdırır, rozmarin əkirdilər - İnsanlar evlərini cadudan necə qoruyurdu?
-
Sosial09:00Sentyabr və oktyabr niyə işçilər üçün ən çətin aylardır?
-
Hadisə08:41Bakı metrosunda problem: Stansiyalarda izdiham yarandı - VİDEO
-
Kriminal07:35Narkobaronların qazanc mənbəyi dəyişdi - İldə 21 milyard dollarlıq “yeni alver”
-
İdman06:46“Real”la İnfantino arasında gizli anlaşma
-
Qoroskop01:40Günün ulduz falı: Həyatınızda yeni bir səhifə açmaq üçün ideal fürsət yaranacaq
-
Hadisə01:20Azərbaycanda faciə: 2 yaşlı uşaq hovuzda boğularaq öldü













.jpg)


.jpg)




















