Avropa
Avropada vahid ordu yarana bilərmi?
Avropa İttifaqının vahid ordusunun yaradılması ideyası ötən günlərdə yenidən gündəmə gəlib. Əksər Avropa ölkələri ABŞ-ın əsas söz sahibi olduğu NATO tərkibində əməliyyatlarda iştirak etsələr də, Fransa və Almaniya ayrıca Avropa ordusunun yaradılmasında maraqlıdır. Məqsəd ABŞ-ın Avropa ölkələri üzərində hərbi təsirini azaltmaqla yanaşı, Avropa ölkələri arasında gələcəkdə hərbi qarşıdurmaları önləmək və müxtəlif ölkələrin hərbi təhcizatını vahid sistem halına gətirməkdir.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, vahid Avropa ordusunun necə qurulmalı olması sualı hələ də cavablandırılmamış qalır. Təhlükəsizlik siyasəti üzrə ekspert Markus Kaym Avstriya Teleradiosuna (ORF) verdiyi müsahibədə bildirib ki, belə bir ordunun yaradılmasında məqsədlərdən biri ittifaq və ölkələrin müdafəsini təmin etməkdir. Bu istiqamət isə onsuz da bu fəaliyyəti həyata keçirən NATO-nun funksiyalarının dublikatına çevrilə və izafi xərclərə səbəb olan yeni qurumların yaranmasına aparıb çıxara bilər. İkinci və daha məqsədyönlü istiqamət isə Avropa ölkələri arasında və Avropa ilə qonşu regionlarda böhran menecmentinin həyata keçirilməsi ola bilər.
Avropa Komissiyası vahid ordu ilə Avropa ölkələri arasında sülh və əmin-amanlığın təmin edilməsi və eləcə də müxtəlif ölkələrdə hərbi xərclərlə bağlı maliyyə vəsaitlərinə qənaət ediləcəyi qənaətindədir. Belə ki, hazırda Avropa ölkələrində 178 fərqli silah sistemlərindən istifadə edilir, ABŞ-da isə silah sistemlərinin sayı 30-a bərabərdir. Avropa dövlətləri 30 müxtəlif tank tipindən istifadə etdiyi halda, ABŞ ordusunda yalnız bir tip mövcuddur.
Avropa ölkələri arasında Birgə Müdafiə Birliyi barədə ilk fikirlər İkinci dünya müharibəsindən sonra səsləndirilsə də, hazırkı formatda təqdim olunan ordu təklifinin yaşı iyirmi ildən çoxdur. Avropa Təhlükəsizlik və Müdafiə İttifaqı və ya Avropa ordusu adı daşıyan sistemə qarşı etimadsız yanaşanlar da kifayət qədərdir, çünki bir sıra ölkələr öz milli müdafiə strukturunu Brüsselə həvalə etməyi və tam şəkildə mərkəzdən asılı olmağı istəmirlər. Üzv ölkələrdə getdikcə güclənən sağçı-populist siyasətçilər də əhalinin Brüsselə qarşı soyuq münasibətinə öz töhfələrini verirlər. Eləcə də Avstriya kimi əbədi neytrallıq elan etmiş və heç bir bloklara qoşulmayan ölkələrin də yeni vahid orduda iştirakı məsələsi hüquqi suallar doğurur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi

















.jpg)

















.jpg)
.jpg)

