Avropa
Britaniya KİV-i Kremlin adamını RÜSVAY ETDİ
“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru, “VestiNedeli” proqramının aparıcısı Dmitry Kiselyov ötən gün Rusiyanın “Sirkon” raketinin Amerikanın böyük şəhərlərinə çatma vaxtını göstərdi. Onun bu hesablamaları Qərb KİV-inə gülüşlə qarşılanıb.
Publika.az xəbər verir ki, “The Guardian” nəşrinin yazdığına görə, Kiselyovun hədəf olaraq göstərdiyi obyektlər və qərarların qəbul olunma mərkəzlərinin bəziləri hazırda fəaliyyət göstərmir.
Söhbət xüsusi halda, Merilend ştatında 1998-ci ildə bağlanmış Ritçi təlim mərkəzi və 2001-ci ildə bağlanmış Hərbi Hava Qüvvələrinin Makklellan bazasından gedir.
Kremlə yaxınlığı ilə seçilən Dmitri Kiselyovun sözlərinə görə, Rusiya gəmilərini Amerika sahillərindən 400 kilometr uzaqlıqda yerləşdirmək olar.
“Qərarların qəbul olunması mərkəzləri, həmçinin belə uzaq deyil. Deyək ki, 400 kilometr, maksimum 800 kilometr”, - o qeyd edib.
Aparıcı sonra dəqiqləşdirib ki, “Sirkon” raketi saatda 11 min kilometr sürətlə uçur. Kiselyov hesablamalar apararaq belə nəticə çıxarıb ki, “Sirkon” raketi təyinat nöqtələrinə beş dəqiqədən az vaxta çatacaq, daha dəqiq desək, 4 dəqiqə 36 saniyə.
O, Rusiya raketlərinin hədəfləri arasında Vaşinqton şəhərinin yaxınlığında, Virciniya ştatının ərazisində yerləşən Pentaqonun binası və prezidentin Vaşinqton yaxınlığındakı Kemp-Deviddə yerləşən qərargahını da göstərib.
“Üçüncü sinif məktəblisi üçün məsələ”, - Kiselyov yekunlaşdırıb.
Ömər
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
-
Dünya27 Noyabr 11:18Müxalifət razılığa gəldi: Netanyahu hökumətinin sonu yaxınlaşır?






.jpg)




























