Avropa
Məktəblər bağlanacaq, ictimai nəqliyyat, xəstəxanalar işləməyəcək - Ölkə tətilə hazırlaşır
Fransa tarixinin ən böyük tətilinə hazırlaşır.
Publika.az xəbər verir ki, 5 dekabrda təşkil ediləcək tətilə ictimai nəqliyyatdan təhsilə, səhiyyədən ictimai xidmətlərə qədər bir çox sektor qatılacaq.
Hökumətin tətbiq etməyi planlaşdırdığı təqaüd islahatına qarşı təşkil ediləcək tətilin ölkəni uzun müddət fövqəladə vəziyyətdə saxlamasına gətirib çıxaracağından qorxulur.
Baş nazir Eduard Filip aksiya və tətil etmək azadlığının xalqın təməl haqqı olduğunu bildirib. Lakin çalışmaq istəyən çox sayda fransız olduğunu da vurğulamağı unutmayıb.
Ölkə miyqasında keçirilən anket sorğularına əsasən, Fransa xalqının 76%-i təqaüd sistemdəki islahatları dəstəkləyir. Tətil fikrinə isə 46% insan dəstək verib, 33%-i rədd edib.
Qeyd edək ki, tətil zamanı ictimai nəqliyyat vasitələri fəaliyyətini dayandıracaq. Xəstəxana işçiləri, polis və yanğınsöndürən briqadalar, məktəblər və zibildaşıyanlar aksiyaya qatılacaq. Dəmiryolu, metro, dənizçilik sektorunda işləyənlər, müəllimlər də öz dəstəklərini əsirgəməyəcək.
Zümrüd
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO


































