Avropa
Koronavirusun ən çox ziyan vurduğu ikinci ölkə daha bir ölümcül təhlükə ilə qarşı-qarşıya: 6 milyon insan...
Koronavirus pandemiyası İspaniyada aclıq və yoxsulluq problemini artırıb.
Publika.az xəbər verir ki, ölkədə ərzaq banklarından yardım alanların sayı ciddi sürətdə artıb.
Fövqəladə vəziyyətin elan olunduğu 4 martdan bəri sadəcə paytaxt Madriddə qida yardımı alanların sayı 100 mini ötüb.
![]()
Bələdiyyələrə aid sosial xidmətlər müdirliklərinin və vəqflərin təşəbbüsü ilə hər gün tonlarla ərzaq ləvazimatları, eyni zamanda yemək paylanır.
Yerli mediaya açıqlama verən qeyri-hökumət təşkilatlarının üzvləri yemək üçün növbəyə düzülənlərdən utanıb ağlayanların olduğunu deyib.
Karitas, Kruz Roja kimi QHT-lərin nümayəndələri pandemiyadan əvvəl yoxsulluq rəqəmlərinin 4,5 milyon olduğunu, pandemiyadan sonra bu rəqəmin 6 milyonu keçdiyini diqqətə çatdırıb.
Son rəqəmlərə görə, İspaniyada 271 mindən çox insan koronavirusa yoluxub, 27 mindən çox insan dünyasını dəyişib.
Zümrüd
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: Toxunanlar zəhərlənir





































