Avropa
Koronaya minlərlə qurban verən İtaliyadan ŞAD XƏBƏR: virus özü-özünü məhv edəcək
Yeni tip koronavirus (SARS-CoV-2) mutasiyaya uğrayaraq zəifləyib və ölümcül təsiri azalıb.
Publika.az xəbər verir ki, bunu İtaliyanın San Martino Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Matteo Bassetti iddia edib.

“The Sunday Telegraph”a müsahibə verən Bassettinin fikrincə, vəziyyət belə davam edərsə, COVID-19 peyvəndə ehtiyac qalmadan zəifləyərək yox olacaq: “Virus əvvəlki qədər ölümcül deyil. İtaliyadakı xəstələr bir neçə ay əvvəlki vəziyyətə nisbətən daha yaxşı durumdadırlar. İnsanlar əvvəlki qədər yüksək dozada virusa yoluxmur. Bunun bir çox səbəbi var. Birincisi, virus genetik mutasiyaya uğrayıb və daha az ölümcülləşib. İkincisi, sağalan xəstələrdə immun sistemi yaranıb. Üçüncüsü isə sosial məsafə qaydalarına düzgün riayət olunub”.
Onun sözlərinə görə, 80-90 yaşlı xəstələr belə indi yataqda özlərini idarə edə bilir və yardım olmadan nəfəs alırlar: “Eyni xəstələr bir neçə ay əvvəl yoluxsaydılar, öləcəkdilər. Mart və aprel ayının əvvəllərində insanlar daha yüksək dozada virusa məruz qalırdılar. Karantin tədbirləri nəticəsində bu doza aşağı düşüb”.
Qeyd edək ki, professor daha əvvəl də bənzər ümidverici açıqlamalar vermiş, amma çox pozitiv olduğu üçün tənqidə məruz qalmışdı.
Son rəqəmlərə görə, İtaliyada 238 min 499 nəfər koronavirusa yoluxub, 34 min 634 nəfər ölüb.
Zümrüd
-
Magazin111 Oktyabr 22:48Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü - Video
-
Art11 Oktyabr 20:46“Bu mahnılar artıq Azərbaycana məxsus deyil” – Rəşid Behbudovun kürəkəni
-
Dünya11 Oktyabr 20:18Nazirlərə təhdidlər göndərən şəxs saxlanıldı
-
Dünya11 Oktyabr 19:13Zelenski Ukraynada seçkinin keçirilməsi üçün şərtini açıqladı
-
Nida Xəbər 11 Oktyabr 17:33Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəldi
-
Hadisə11 Oktyabr 16:09Əməkdar jurnalist vəfat etdi - Foto
-
Avropa11 Oktyabr 15:31Britaniyadan Zelenskiyə açıq dəstək - Nazir Trampın sirrini yaydı
-
Avropa11 Oktyabr 15:04Papanın ağciyərində düyün aşkarlandı - Əməliyyat olunacaq













.jpg)


.jpg)
















.jpg)

