Avropa
Yunanıstan ÇALXALANIR: Makron bizi satdı
Avropa İttifaqının Brüsseldəki Zirvə toplantısında Türkiyəyə daha sərt sanksiya tətbiq etmək məsələsindəki tələbləri baş tutmayan Yunanıstan məğlubiyyətini müzakirə edir.
Publika.az xəbər verir ki, yunan mətbuatı həm Baş nazir Kiriakos Mitsotakisi, həm də bu istəyi qəbul etməyən Avropa İttifaqını hədəf alıb.
Qərarın ardından K.Mitsotakis təhdid dolu açıqlamalar verib: “Bu, Türkiyəyə sanksiyalar məsələsində son deyil. Əgər Türkiyə təxribatçı davranışa davam edərsə, Aİ sanksiyalara cavab verəcək”.
Afina Pandion Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Konstantinos Filis “Ta Nea” qəzetinə müsahibəsində Yunanıstan hökumətinin Türkiyəyə qarşı sanksiya tətbiq etmək üçün israr etməklə özünü çıxılmaz vəziyyətə saldığını deyib: “Sanksiyalar hansı şəkli alırsa alsın, Türkiyənin davranışını dəyişdirə bilməz. Üstəlik sanksiyalar uzunmüddətli ola bilməz. Avropa İttifaqı sərt sanksiya qərarını verə bilməz. Yumşaq sanksiyalar isə heç bir nəticə göstərməz və Aİ-nin nüfuzuna zərərdir. Türkiyə bunları çox yaxşı bilir”.

Yunanıstanın ən çox oxunan qəzeti olan “Kathimerini” də Aİ Liderlər Sammitində sanksiyalarla əlaqədar yaşanan mübahisəli məqamlardan yazıb.
Qəzet Almaniya kansleri Angela Merkelin Fransa Prezidenti Emmanuel Makronu inandırdığını qeyd edib: ““Berlin-Roma-Madrid” bloku yeni sanksiyaların Türkiyəyə tətbiq edilməsinə qarşı çıxdı. Paris də daha sərt sanksiyalarda israrlı görünmürdü. Makron Merkelin Aİ-nin münasibətləri daha da kəskinləşdirməsi vəziyyətində Türkiyənin Moskvaya və Pekinə yaxınlaşacağına dair narahatlıqlarına anlayış göstərdi”.

“Avgi” qəzeti Kiriakos Mitsotakisə reaksiya verib və zirvənin nəticələrini Fransa imperatoru Napoleonun 1815-ci ildə digər Avropa gücləri tərəfindən məğlub olduğu döyüşlə - Vaterlo məğlubiyyəti ilə müqayisə edib.
“Eleutherios tipos” qəzeti “Cəsarətsiz Avropa” başlığı ilə Aİ liderlərini tənqid edib, populist və milliyyətçi “Kontra” qəzeti isə bunları yazıb: “Yalnız Merkel deyil, freqat almadığımıza görə Fransa Prezidenti Makron da bizi satdı”.
Akqabay
-
MDB09:13Moskvaya PUA hücumu: anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
















.jpg)













.jpg)
.jpg)





