Avropa
Yunanıstandan Türkiyəyə qarşı ÇİRKİN ADDIM - Adalara hərbi birliklər yerləşdirildi
Bir həftədir Türkiyəyə yaxın məsafədə yerləşən Egey dənizinin adalarını ziyarət edən Yunanıstan ordusunun Baş Qərargah rəisi Konstantinos Floros silahsızlaşdırılması lazım olan Lemnos, Meis, Psara və Rodosa və suverenliyi Yunanıstana verilməyən adalara gedərək orada hərbi birlik yerləşdirib.
Publika.az xəbər verir ki, hüquq mühafizə orqanları xaricində adaya əsgərlər, silah və müdafiə sistemləri yerləşdirilib.

Adalarda quru, hava və dəniz bazaları yerləşir və istehkamların qurulması davam edir. Konstantinos Floros Türkiyənin yaxınlığındakı adalardakı birliklərə yeni hərbi personal, silah və digər hərbi vasitələrin əlavə ediləcəyini söyləyib.
Eyni zamanda, Yunanıstan Müdafiə nazirinin müavini Alkiviadis Stefanis də EGAYDAAK-ın nəzdindəki adalara baş çəkib, oradakı hərbçilərlə görüşüb.

Mövzunu şərh edən dosent Cihat Yaycı bunları söyləyib: “Yunanıstan əslində bu adaların suverenliyini və özlərinə birləşdirmək şərtini də öz əlləri ilə ortadan qaldırdı. Türkiyə təcili olaraq bu adaların əsgər və silah-sursatdan təmizlənilməsini tələb etməli, hər cür qanuni və diplomatik təşəbbüslərə əl atmalıdır. EGAYDAAK 152 ada və ada qrupudur. Bu mövzuda qanuni və diplomatik yollarla mübarizə aparmalıyıq. Bəzilərində kənd və qəsəbələr olan bu adaların kimə aid olma məsələsi Adalar dənizinin təməl problemidir”.
Akqabay
-
Sosial12:04Bakı metrosunda böyük dəyişiklik: Ayın 15-dən...
-
Dünya11:34ABŞ-ın bu ölkədəki gizli rolu üzə çıxdı: Müharibəyə belə hazırlaşırlar
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək
-
Kriminal10:46Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
-
Dünya10:22İsrail təşvişdə: Türkiyə və Qətərin HƏMAS-la bağlı planının detalları bəlli oldu
-
Nida Xəbər 10:01Əli Əsədov yeni qərar imzaladı
-
MDB09:13Moskvaya PUA hücumu: Anbarlar yandı, bölgələr hədəfə alındı - Ölənlər var
-
Ekopublika.az09:00Yeni tendensiya: Şirkətlər 40 yaşdan yuxarı işçilər axtarmağa başladılar - Nə baş verir?





























.jpg)
.jpg)





