Avropa
Dördüncü dalğa güclü olacaq? - Professor açıqladı
Avropada dördüncü koronavirus dalğası qaçılmazdır, ancaq əvvəlkilər qədər güclü olmayacaq.
Publika.az xəbər verir ki, bu barədə Belçika Louvain Universitetinin immunologiya professoru Jan-Luk Qala danışıb. Mütəxəssisin sözlərinə görə, yeni ştamm səbəbindən koronavirus infeksiyası hallarının sayı ciddi şəkildə artır. Odur ki, peyvəndlər “delta” və “delta plus” variantlarına qarşı daha az təsirli olur:
“Epidemiyanın gərginləşməsi çox sürətli şəkildə baş verə bilər. Məsələn, Fransada gündəlik yoluxma sayı azalsa da, bir müddət sonra yenidən artım qeydə alınıb. 28 iyunda 509 yoluxma idi, 3 iyulda isə 3000 nəfərə çatdı. Dördüncü dalğa qaçılmaz ola bilər. Yəqin ki, bu, payızda baş verəcək.
“Delta” ştammı və ötürülməsi haqqında daha çox məlumata ehtiyac var. Bundan başqa, koronavirus müalicəsinin aspektini də unutmayın. Erkən mərhələdə dərmanlar təsirli ola bilər. Məhdudiyyətlərin çox tez aradan qaldırılması bizi geri atsa da, nəticədə Avropada kütləvi immunitetə qovuşacağıq”.
Jan-Luk Qala qeyd edib ki, bəşəriyyətin hər il qrip virusu kimi revaksinasiyaya ehtiyacı ola bilər.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
