Avropa
Moldovada növbədənkənar parlament seçkiləri BAŞ TUTDU
Moldovada növbədənkənar parlament seçkiləri baş tutmuş hesab olunur.
Publika.az xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının məlumatında qeyd olunur.
Belə ki, yerli vaxtla 16:00-a olan məlumata görə, seçicilərin 34 faizə yaxını səsvermədə iştirak edib. 1 milyon seçici öz səsvermə hüququndan istifadə edib, bunlardan 134 mini xaricdə olan Moldova vətəndaşlarıdır. Səsvermədə iştirak edənlərin 46,95 faizi kişilər, 53,05 faizini isə qadınlar təşkil edib. Seçicilərin ən aktiv yaş kateqoriyası 56-70 yaş arasıdır.
Qeyd edək ki, Moldovada erkən parlament seçkilərində 20 partiya, iki siyasi blok və bir müstəqil namizəd iştirak edir. Yerli rəy sorğularına görə, respondentlərin 33 faizi Moldova Prezidenti Maya Sandunun rəhbəri olduğu “Fəaliyyət və Həmrəylik” partiyasına, 19 faizi isə sabiq prezident İqor Dodonun sədri olduğu “Sosialistlər” partiyasına səs verib.
Onu da xatırladaq ki, parlament buraxılanadək “Fəaliyyət və Həmrəylik” partiyası Moldova parlamentində 15 mandata sahib idi. Ən çox deputat yeri isə sosialistlərin əlində idi. Onlar 37 mandatla təmsil olunurdular.
Səsvermə yerli vaxtla 21:00-da başa çatacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
