Avropa
Avropa İttifaqı Qazaxıstana yardım ayırır
Avropa İttifaqı (Aİ) Qazaxıstanda quraqlıqdan zərər çəkənlərə dəstək olmaq üçün 200 min avro humanitar maliyyə yardımı ayıracaq.
Aİ-nin Qazaxıstandakı nümayəndəliyindən Publika.az-a verilən məlumata görə, Mangistau və Türküstanın quraqlıqdan ən çox təsirlənmiş bölgələrində təxminən 6 min adam yardım alacaq. Avropa İttifaqı quraqlıq nəticəsində dolanışıq və qida qaynaqlarının itirilməsindən sonra gündəlik ehtiyaclarını ödəmək üçün ən çox zərər çəkənlərə Qazaxıstanın Qızıl Aypara Cəmiyyəti tərəfindən təcili yardımın göstərilməsini dəstəkləyir.
Qeyd edək ki, bu yay güclü istilər üzündən Qazaxıstanda təbii su hövzələri və otlaqlar quruyub. Bir çox rayonlarda heyvanlar aclıqdan həlak olub. Quraqlıq, gəlir mənbəyi tamamilə heyvandarlıqdan asılı olan ölkədə təxminən 70 min insana təsir edib.
-
Region04:44Güclü zəlzələ Aralıq dənizini çalxaladı
-
İdman03:43Çempionlar Liqasının ən yaxşı on qolu - Video
-
Dünya03:13Hindistanda üçmərtəbəli bina çökdü - 20 nəfər dağıntılar altında qaldı
-
Magazin201:11Məşhur müğənni 48 yaşında vəfat etdi - Foto
-
Art00:45"Oğlum məni görəndə qorxub ağladı, elə bildi ki..." - Video
-
Qoroskop00:00Günün ulduz falı - Taleyin dərin qatları dəyişməyə başlayır
-
İdman7 Fevral 22:12"Barselona" Superliqadan getdi
-
Sosial7 Fevral 22:00AZTV-nin sədr müavininə ağır itki








.jpg)
























