Avropa
İtaliyada “Green pass” tətbiqinin əhatə dairəsi genişləndirilir
Avqustun 6-dan İtaliyada tətbiqinə başlanılan “Yaşıl keçid kartı”nın (“Green pass” və ya vaksin sertifikatı) əhatə dairəsi genişləndirilir.
Publika.az xəbər verir ki, sentyabrın 1-dən etibarən “Green pass” nəqliyyat və təhsil sahələrini də əhatə edəcək. Belə ki, yerli və beynəlxalq aviareyslərdə, bölgələrarası gəmilər və bərələrdə (Messina Boğazındakı bərə xidmətləri istisna olmaqla), şəhərlərarası və yüksəksürətli qatarlarda, ikidən çox bölgədən keçən uzun məsafəli və çarter avtobus reyslərində vaksin sertifikatı tələb ediləcək. “Green pass” ictimai nəqliyyat şəbəkələrində - avtobuslar, tramvaylar, metrolar və regional qatarlar üçün isə məcburi olmayacaq.
Bundan əlavə, sentyabrın 1-dən məktəblər və universitetlərdə vaksin sertifikatı tələb ediləcək.
Qeyd edək ki, İtaliya hökuməti COVID-19-a yoluxma sayındakı artımın və “delta” ştammının yayılmasının qarşısının alınması, eləcə də vaksinasiya prosesinin sürətləndirilməsi məqsədilə sərtləşdirilmiş qaydaları və peyvənd olunmayanlar üçün ciddi məhdudiyyətləri tətbiq edib. Qaydalara əsasən, muzeylər, kinoteatrlar, idman zalları, restoranlar və barlar kimi müxtəlif mədəniyyət və əyləncə məkanlarında vaksin sertifikatı tələb olunur. “Green pass” insanların peyvənd edildiyini, COVID-19-a qarşı testin nəticəsinin mənfi olduğunu və ya virusdan sağaldığını göstərir, eləcə də 12 yaşdan kiçik uşaqlara şamil edilmir. Qaydalara əməl etməyən məkanların və müştərilərin 400-1000 avro arasında cərimə olunacağı, qaydaları təkrar pozan iş yerlərinin 10 günədək bağlanma riski ilə üzləşəcəyi bildirilir.
Xatırladaq ki, Baş nazir Mario Draqi və səhiyyə naziri Roberto Speranzanın təklifi ilə İtaliyada xüsusi karantin rejiminin müddəti 2021-ci il dekabrın 31-dək uzadılıb.
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































