Avropa
Bu ittifaq onlar üçün kabusdur - Puşkov
ABŞ, Avstraliya və Böyük Britinaya ittifaqı NATO üçün kabusdur.
Publika.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov deyib.
O bildirib ki, Brüsselə yeni tərəfdaşlıq haqqında heç bir məlumat verilməyib.
Puşkovun fikrincə, birlik ölkələri gələcəkdə Avropa İttifaqı və NATO ilə əməkdaşlığa məhəl qoymayıb müstəqil hərəkət edə bilərlər: “Məsələn, Pekinlə qarşıdurma da ola bilər. Hadisələrin bu cür inkişafı Baş katib Stoltenberq və NATO bürokratiyası üçün bir kabusdur”.
Qeyd edək ki, Avstraliya əvvəllər də İngiltərə və ABŞ ilə müdafiə və təhlükəsizlik mövzusunda əməkdaşlıq edib və Fransanın “Naval Group” şirkəti ilə “əsrin müqaviləsi” adlandırılan 90 milyard dollarlıq (56 milyard avro) sualtı müqaviləsindən çıxdığını elan edib. Fransa Xarici İşlər naziri Le Drian Kanverranın qərarını arxadan vurulan zərbə olaraq xarakterizə edərək, bunun Avstraliya tərəfinə olan etibarı sarsıtdığını qeyd edib. Rəsmi Paris buna görə həm Avstraliyadan, həm də ABŞ-dan açıqlama gözləyir.
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
































