Avropa
İtaliyanın ən böyük aviaşirkəti fəaliyyətini dayandırdı
İtaliyanın ən böyük hava yolu şirkəti olan və 75 ildir fəaliyyət göstərən “Alitalia” oktyabrın 15-də fəaliyyətini tam dayandırıb.
Publika.az xəbər verir ki, “Alitalia” sonuncu aviareysini Sardiniya adasındakı Kalyari şəhərindən paytaxt Roma istiqamətində həyata keçirib.
1946-cı il sentyabrın 16-da qurulan və 1960-cı illərdə Avropanın aparıcı aviaşirkətlərindən biri olan “Alitalia” əsasən son 30 ildə maliyyə böhranı ilə üzləşmişdi. Bu müddət ərzində İtaliya hökuməti təxminən 13 milyard avroluq maliyyə dəstəyi ilə aviaşirkəti müflis olmaqdan xilas etmişdi. Lakin 2020-ci ildə başlayan COVID-19 pandemiyası və tətbiq olunan karantin qaydaları aviaşirkətin fəaliyyətinə mənfi təsir göstərib və şirkət müflis olduğunu açıqlayıb.
“Alitalia”nı 720 milyon avro sərmayə ilə yeni qurulan “Italia Trasporto Aereo” (“ITA”) aviaşirkəti əvəz edəcək. “ITA” oktyabrın 16-dan etibarən ölkənin rəsmi hava yolu şirkəti olacaq.
“ITA”nın “Alitalia”nın təxminən 10 min 500 işçisindən 2800-nü işə götürəcəyi və bəzi hüquqlarını da alacağı bildirilir. “ITA” aviaşirkətinin donanmasında ilkin mərhələdə 52 təyyarə olacaq, bu təyyarələrin bir hissəsi “Alitalia”dan alınıb, bəziləri isə yeni təyyarələrdir. 2025-ci ilin sonuna qədər təyyarələrin sayının 105-ə çatdırılması planlaşdırılır.
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ
-
MDB4 Noyabr 23:00Məşhur teleaparıcı 77 yaşında vəfat etdi - FOTO





































