Avropa
Avstriya bu şəxslərə görə lokdauna gedir
Noyabrın 15-dən etibarən Avstriyada koronavirusa qarşı peyvənd olunmamış şəxslər üçün lokdaun qüvvəyə minəcək.
Publika.az xəbər verir ki, ölkədə koronavirusa yoluxmanın sürətlə artımının qarşısını almaq üçün hökumət sərt tədbirlərə əl atmalı olub. Mətbuatdə dərc olunan layihəyə əsasən, bütün ölkə üzrə koronavirusun ilk dalğasında olduğu kimi lokdaun tətbiq olunacaq. Peyvənd olunmuş və xəstəlikdən sağalmış şəxslər, eləcə də 12 yaşına çatmamış uşaqlara lokdaun şamil olunmayacaq, peyvənd olunmamış şəxslər isə yaşadıqları ünvanı yalnız əvvəlki lokdaunlarda məlum olan şərtlər əsasında tərk edə biləcəklər. Qərar məhdudiyyətlərin minimal həddini müəyyən edir, hər bir federal əyalət yerli şəraitə uyğun olaraq əlavə məhdudiyyətlər tətbiq etməkdə sərbəstdir.
Qeyd edilib ki, qərarın parlament tərəfindən formal qəbulundan öncə noyabrın 14-də federal əyalət qubernatorları federal hökumətlə məsləhətləşmələr aparacaqlar. Sürətlə artan infeksiya statistikasını (gündəlik təxminən 13 min yoluxma) nəzərə alaraq yeni qaydalar ölkənin səhiyyə təminatının sıradan çıxmasının qarşısını almalıdır.
Bildirilib ki, əhalinin koronavirusa qarşı peyvənd olunması üçün bütün imkanlar yaradılıb. Peyvənd olunmayanlar üçün lokdaun qaydaları noyabrın 24-dək qüvvədə olacaq və lazım gələrsə, müddəti uzadılacaq.
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
















.jpg)


















.jpg)


