Avropa
Sabiq kansler toxunulmazlığından məhrum edildi
Avstriya Milli Şurası ölkənin sabiq kansleri və Avstriya Xalq Partiyasının lideri Sebastyan Kurtsun deputat toxunulmazlığından məhrum edilməsi barədə qərarı təsdiqləyib.
Publika.az xəbər verir ki, qərar yekdilliklə qəbul edilib.
Məlumata əsasən, noyabrın 16-da parlamentin xüsusi komitəsi S.Kurtsun toxunulmazlığını ləğv etmək üçün "yaşıl işıq" vermişdi. Deputatlar bu qərarı texniki cəhətdən təsdiq etməli idilər.
S.Kurtsun özü bu addımı alqışlayıb və özünü qanunsuz fəaliyyətlərdə günahkar hesab etmədiyini açıqlayıb. Eks-kanslerin sözlərinə görə, onun günahsız olduğu artıq müstəqil hüquqi ekspertiza tərəfindən təsdiqlənib. O, haqlı olduğunu sübut edəcəyinə əmin olduğunu bildirib.
Qeyd edək ki, oktyabr ayında antikorrupsiya prokurorluğu S.Kurtsun deputat toxunulmazlığının ləğvi məqsədi ilə Avstriya Milli Şurasına (parlamentin aşağı palatası) sorğu göndərmişdi.
-
Avropa22:12Papa əməliyyat olundu
-
İdman22:00“Sabah” “Slaviya”nı məğlub edir - CANLI/YENİLƏNİR
-
Art21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
































