Avropa
Qüvvələr balansı Berlinin zərərinə dəyişir? - Şolts hərəkətə keçdi
Almaniya kansleri Olaf Şolts Ukraynanın üzvlüyünün daxili qüvvələr balansını Berlinin zərərinə dəyişə biləcəyi qorxusu fonunda Aİ-nin təsis müqavilələrinə yenidən baxmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, Şolts "zəngin Qərb müttəfiqlərindən əlavə vəsait təmin etmək üçün Aİ ölkələrinin güc bloklarının yaradılmasının qeyri-mümkünlüyünə təminat vermək" üçün səsvermə sistemini dəyişmək istəyir.
Kansler veto hüququndan da azad olmaq istəyir. Diplomatik mənbənin məlumatına görə, Şolta Brüsseldə Avropa liderləri ilə son görüşündə bu məsələni qaldırıb.
Aİ-də mövcud səsvermə sisteminə əsasən, səs verən ölkələrin sayı və onların əhalisi nəzərə alınır. Bu halda Ukrayna Aİ Şurasında 9 faiz səs alacaq. Polşa ilə səslərə qoşulmaqla bu ölkələr Almaniyadan “daha güclü” ola bilərlər. Mərkəzi və Şərqi Avropa ölkələri bu tandemə qoşulsa, o zaman bu blok Fransa və Almaniyadan daha güclü olacaq.
Bundan əvvəl Aİ sammitində Ukrayna və Moldovaya namizəd statusunun verilməsi barədə razılıq əldə olunub.
-
Nida Təhlil 16:36Erməni lobbiçilərindən dəstək, xarici fondlardan pul - “Mühacirlər”in növbəti fiaskosu
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur













.jpg)






















.jpg)
.jpg)

